Xalq artistinin qızı: 'Gecə klubundakı partlayışa gələn şərhləri oxuyanda dəhşətə gəlirəm' - VİDEO

Xalq artistinin qızı: 'Gecə klubundakı partlayışa gələn şərhləri oxuyanda dəhşətə gəlirəm' - VİDEOazxeber.com-un "Sosial şəbəkə ulduzları" rubrikasının qonağı tanınmış bloger, modelyer Nəzrin Nəcəfovadır.

- Nəzrin xanım, ilk olaraq oxucularımıza özünüz haqqında danışın...
- Mən Nəzrin Nəcəfova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakültəsini modelyer, dizayner ixtisası üzrə bitirmişəm. Rəssamlıq üzrə bir neçə sərgidə iştirak etmişəm. Həm ölkəmizdə, həm xaricdə sertifikat və diplomlar qazanmışam. 2 ildir ki, sosial  şəbəkələrdə influencer -bloger kimi fəaliyyət göstərirəm. Bir müddət öncə isə magistr təhsilimi başa vurdum. Pandemiya ilə əlaqədar rəssamlıq fəaliyyətimi də dayandırmışdım. Çünki sərgilər olmurdu, bir sıra tədbirlərimiz təxirə salınmışdı. Yenidən sərgilərə hazırlaşıb, öz üzərimdə işləyirəm. Yeni əsərlər ərsəyə gətirməyə çalışıram.
- Gənc yaşında geniş kütlə tərəfindən sevilən biri olmaq necə hissdir?
- Çox gözəl bir hissdir. İnsanların məni görəndə mənə olan xoş sözləri, tövsiyə etdiyim şeylərin kütlə tərəfindən bəyənilməsi, bundan yararlanmaqları və bunu mənə bildirməkləri mənim üçün çox xoşdur.
- Qazandığınız uğurlara görə kimə borclusunuz?
- Təbii ki, əvvəlcə Allaha. Sonra ailəmə. Ən sonda isə təbii ki, özümə. Çünki insan öz üzərində çalışmasa heç nəyə nail ola bilməz.
Xalq artistinin qızı: 'Gecə klubundakı partlayışa gələn şərhləri oxuyanda dəhşətə gəlirəm' - VİDEO- Həm "fashion-designer"lik, həm influencerlikdən aylıq təxmini nə qədər qazanırsınız?
- Hələ ki, brendim onlayn fəaliyyət göstərir. Amma dəqiq məbləğ deməyəcəm. Yaxşı gedir. Sadəcə bu aralar fikrimi instagrama yönləndirmişəm deyə, bir az durğunluq dövrüdür. Tezliklə bu durğunluğu geridə qoyacam. 
- Sosial şəbəkələrdə daha çox hansı problemlərlə üzləşirsiniz?
- İnstagram mənim üçün əyləncə platformasıdır. Ordan pozitiv enerji alıram və çalışıram ki, qarşıma çıxan mənfi rəyləri oxumayım. Tənqidi şərhlərə fikir vermirəm.
- Xalq artisti Mələkxanım Eyyubovanın qızı olmaq necə bir hisdir?
- Bu sualı mənə tez-tez verirlər. Təbii ki, çox gözəl bir hissdir. Mən bununla fəxr edirəm.
Xalq artistinin qızı: 'Gecə klubundakı partlayışa gələn şərhləri oxuyanda dəhşətə gəlirəm' - VİDEO- Sosial şəbəkələrdə məşhurların övladları həmişə diqqət mərkəzində olurlar. Bu barədə nə deyə bilərsiniz?
- Məncə bu normal bir haldır. İstər-istəməz tanınmış bir simanın övladısansa, sənin haqqında xəbərlər olacaq. Bu müsbət də ola bilər, mənfi də. Olur ki, mənim haqqımda da mənfi nələrsə  yazırlar. Amma mən buna fikir vermirəm. Üstündən keçib gedirəm.
- Sizə sosial şəbəkələrdə daha çox nə haqda yazırlar?
- Çox şükür ki mənə tənqidi yazılar yazmırlar.  Bu çox nadir hallarda baş verir. 2 ildir sosial şəbəkədən aktiv istifadə edirəm. Amma tənqidi şərhlərlə üzləşmirəm. Tez-tez xoş sözlər yazırlar. Məsləhətlərimdən yararlandıqlarını bildirirlər.
- Bu yaxınlarda gecə klubunda baş verən partlayışla bağlı nə deyə bilərsiniz...
- Əlbəttə, hər kəs kimi mən də çox üzüldüm. Allah ölənlərə rəhmət etsin. Yaralananlara isə Allahdan şəfa diləyirəm. Çox üzücü bir hadisə idi. Bir neçə gün hadisənin təsirindən çıxa bilmədim. Yazılan şərhləri heyrətlə oxuyurdum, dəhşətə gəlirdum. İnsanların fikrini oxuduqca təəssüf hissi keçirirdim. Kaş insanlar bu qədər qeyri-sağlam düşüncədə olmayardılar.
- Bu yaxınlarda ailə qurmağa hazırlaşırdınız, ama bu uğursuzluqla nəticələndi. Səbəb nə idi? Yenidən bu yolda addım atmağı düşünürsünüz mü?
- Hər kəsin başına gələ biləcək bir hadisə idi. Təbii ki, təəssüflənmirəm. Hələ ki, yenidən evlənməyi düşünmürəm. Sonrası üçün isə qismət deyirəm. Səbəbini isə  deməyim. Müəyyən səbəblər var idi ki, ona görə alınmadı.
Xalq artistinin qızı: 'Gecə klubundakı partlayışa gələn şərhləri oxuyanda dəhşətə gəlirəm' - VİDEO- Son zamanlar sosial şəbəkələrdə influencerlərimizin sayı artıb. Sizin bəyəndiyiniz və bəyənmədiyiniz influencerlər kimlərdir? 
- Azərbaycanda çox yaxşı, savadlı, kontentini çox yaxşı aparan influencerlərimiz çoxdur. Mənim də bəyəndiyim, zövqlü influencerlərimiz var. Bəyənmədiyim deməyim, izləmədiklərim var. Amma təbii ki, hərəsinin öz kontenti var. Hamısına hörmətlə yanaşıram.
-  Sonda gənclərə nəyi tövsiyə edərdiniz?
- Mən həmişə elə hiss edirəm ki, mənim hələ də 19, 20 yaşım var. İstəyirəm ki, həmişə oxuyum, yeni nəsə öyrənim. Hər şeydən məlumatlı olmaq istəyirəm. Gənclərə tövsiyə edirəm ki, böyümək üçün tələsməsinlər. Özlərini inkşaf etdirmək üçün çalışsınlar. Dillər öyrənsinlər və həmişə düşüncələrini pozitiv tutsunlar. Bəzən məktəbi belə bitirməmiş neqativ fikirli uşaq görəndə çox pis oluram. Həmişə deyirəm ki, gələcəyiniz irəlidədir. Nikbin olun.
 
Oksana Orucova,
Hüseyn Həsənov
Xalq artistinin qızı: 'Gecə klubundakı partlayışa gələn şərhləri oxuyanda dəhşətə gəlirəm' - VİDEOXalq artistinin qızı: 'Gecə klubundakı partlayışa gələn şərhləri oxuyanda dəhşətə gəlirəm' - VİDEO

Şou Biznes       Tarix: 13 aprel 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /

"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayım açaraq izləyicilərinin suallarını cavablandırıb. xəbər verir ki, aparıcı "Günaydın, Azərbaycan" verilişindən ayrılma səbəbini açıqlayıb. X.Hidayətqızı bildiri

Azərbaycan məşhur yapon serialında - Foto

Yaponiyanın məşhur "Vivant" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq. Serialın Azərbaycanda çəkilişləri başa çatıb. Azərbaycan Turizm Bürosu (ATB) "Toky

Necla Uyqur vəfat etdi

Türkiyəli aktrisa Necla Uyqur 89 yaşında vəfat edib. Sənətçinin vəfatı ilə bağlı oğlu Behzat Uyqur sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, Necla Uyqur mərhum aktyor Nejat Uyqurun həyat yoldaşı olub. Cütlüyü

Qadınlara gül almayın' - Niyamdan kişilərə

Müğənni Niyam Salami qadınlara hədiyyə seçimi ilə bağlı maraqlı fikirlər səsləndirib. Sənətçi həmkarı İzzət Bağırovun konsertində kişilərə qadınlara gül almaq əvəzinə qızıl hədiyyə etməyi tövsiyə edib. "Kişilərə tövsiyə

Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü

Braziliyada 22 yaşlı gözəllik kraliçası Ana Beatris Arauj Ferrera ailəsi ilə vaxt keçirərkən ildırım vurması nəticəsində həyatını itirib. Hadisə Tokantins ştatının Almas şəhərində baş verib. Ana Beatris Arauj Ferrera anasını

Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü

Türkiyəli müğənni Atilla Taşın qızı Sezen Taş Mersində binanın 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirib. Hadisə səhər saatlarında Erdemli rayonunun Çeşməli məhəlləsində yerləşən "Liparis 5" yaşayış kompleksind

Narkobaronla dava etdi deyə başqa yerə köçürüldü

"P.Diddy" kimi tanınan amerikalı reper Şon Kombs Nyu-Cersidəki həbsxanadan Pensilvaniyadakı Allenvud Federal İslah Müəssisəsinə köçürülüb. Bu barədə TMZ nəşri məlumat yayıb. Nəşr yazır ki, Allenvud həbsxanasınd

"Yalı çapkını"nın aktrisası Bakıda toyda

Türkiyəli aktrisa Buçe Buse Kahraman Azərbaycana gəlib. Aktrisa Bakıda toylardan birində iştirak edir. Bu barədə paylaşım edən Buse məclisdə çəkdirdiyi fotoları yayımlayaraq azərbaycan dilində "Təki toy olsun" deyə


yeni xeberler azerbaycan xeberleri son xeberler havanın temperaturu xəbər son xeberler bugun 2026 muharibe sou biznes