Xalqın Qələbəsinə kölgə salmağa cəhd etməyin!

Xalqın Qələbəsinə kölgə salmağa cəhd etməyin! Xalqın Qələbəsinə kölgə salmağa cəhd etməyin!
10 noyabr müasir tariximizə milli qürur və fəxarət günü, 27 sentyabrdan bu günədək yaşadığımız dövr isə Xalq, Ordu və Ali Baş Komandan birliyinin qətiyyət, şücaət və hərbi-siyasi zəka nümayiş etdirdiyi, qəhrəmanlıq salnaməsi yazdığı şərəf dolu zaman kəsiyi kimi daxil oldu. 
Bu gündən Qələbə Günü kimi qeyd etməyə başladığımız tarix Azərbaycan xalqının dünəni və bugününə qızıl hərflərlə yazıldı. 30 ilə yaxındır işğal altında olan torpaqlarımız erməni istilasından qurtuldu və Ana Vətənə qovuşdu! Bir aydan çoxdur ki, biz hərb dövrünü, Vətən müharibəsini yaşayırdıq. Əsgərimizin gücü, canı və qanı bahasına müqəddəs torpaqlarımızı qaytarmağa müvəffəq olduq, 30 ildir dünyaya "məğlubedilməzliy"i ilə lovğalanan məkrli düşməni məğlubiyyətə uğradıb ağ bayraq qaldırmağa məcbur etdik. 
İndi qarşımızda daha iki böyük vəzifə durur: işğaldan azad olunmuş torpaqlarımızda vətəndaşlarımızın normal həyatının bərpası üçün lazım olan infrastrukturun yaradılması və yurd-yuvasından didərgin düşmüş soydaşlarımızın vətənlərinə köçürülməsi. Bu hədəflərin reallaşdırılması üçün kifayət qədər resurslarımız – maliyyə imkanları və insan potensialımız, ən əsası isə əzmimiz və iradəmiz var! Ancaq bütün bunlardan əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin xalqa qələbə müraciətindən dərhal sonra baş qaldırmış ənənəvi qaraguruh, marginal və hər zaman hər şeydən narazı olub "hər şeyi hamıdan çox bilənlər"in bayraq etdikləri "arqumentlər"ə toxunmağımıza ehtiyac var. Onlar nədən narazıdırlar və nəyi bəyənmirlər? 30 ildir işğal, tapdaq altında olan yaşayış məskənlərimizin bizə qayıtmasındanmı? Milli qeyrət qalamız olan Şuşada bu gün Azərbaycanın müqəddəs üçrəngli bayrağının dalğalanmasındanmı? Azərbaycan Əsgərinin dünyaya Azərbaycan Xalqının gücünü nümayiş etdirməyindənmi? Ermənistan ordusunun darmadağın edilməsindənmi? Zərbələrimiz nəticəsində Ermənistanda dövlətçiliyin qeyri-müəyyənlik vakuumuna yuvarlanmasındanmı? Bir-birilərini didməyə başlamalarındanmı? Xalqımızın qanına susamış, Xocalı soyqırımını törətmiş onlarla qaniçənin cəhənnəmə vasil edilməsindənmi? Separatçıların müstəqillik xülyalarının üzərindən birdəfəlik xəttin çəkilməsindənmi? Yoxsa elə bu etiraz edənlərin də üzərindən "məğlub" statusu, ləkəsinin götürülməsindənmi? Təbii ki, anlamaq çətin deyil, onların sırasında populistlər yetərincədir, siyasi kapital axtarışında olanlar da, bekarçılıqdan əziyyət çəkənlər də, "müsahibə pələngləri" də, rifahımızı gözügötürməyənlər də, "Qarabağı təkbaşına qaytaranlar" da və ən əsası, xainlər də var. Ancaq onlardan hansısa sentyabrın 26-da bir aydan sonra doğma, müqəddəs Şuşamızda Azərbaycan zabitinin Ali Baş Komandana raport verəcəyini təsəvvür edə bilərdilərmi? Bu bir ayda yaşanan inanılmaz gərginlik, hərbi, siyasi, diplomatik təzyiq və təhdidlərə tab gətirərdilərmi? 
Qələbəmizin opponentlərinin ən böyük "arqument"i budur: Rusiya sülhməramlıları niyə bölgəyə gəldi, ordumuz onsuz da torpaqlarımızı azad edirdi və s. Sizin Silahlı Qüvvələrimizin bu səviyyəyə, peşəkarlığa, təminata və vətənpərvər ruha nə vaxt, necə malik ola bildiyindən xəbəriniz varmı? Bəlkə zərrə qədər zəhmətiniz var? Hərbi əməliyyatların aparılması üçün zəruri siyasi-diplomatik əsasların necə yarandığını, hansı zəhmət müqabilində başa gəldiyini bilirsiniz? Yaxud, 2, 3, 5 il bundan sonra baş verəcək, olacaqları proqnozlaşdırmaq, hesablamaq məharətinə, zəkasına maliksinizmi? Maliksinizsə, imzalanmış bəyanatdan qazandıqlarımızı anlayacaqsınız. Deyilsinizsə, şikayətlənməyə dəyməz. Alternativ istinadgahlarınızı görmədikmi bu bir ayda? "Dağlıq Qarabağın Azərbaycanın nəzarətinə keçməsinə yol verə bilmərik" deyən avropalılar? Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağırış edən qərbli "demokratlar"? Narazılığınız onların narazılığıdırsa, anlaşılandır. Özfəaliyyətdirsə, xalqa qulaq asın, görün nə deyir, Prezidentini, Ali Baş Komandanını necə dəstəkləyir. Xalqın Qələbəsinə kölgə salmağa cəhd etməyin! Xalq nəyi, nə vaxt və necə etmək lazım olduğunu bilən liderini yaxşı tanıyır! 
Elnur Allahverdiyev, 
Milli Məclisin deputatı /oxu.az

Siyasi       Tarix: 10 noyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul çıxarmasını qadağan edib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayara

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeberler bugun 2026 muharibe apa.az xeberler butun xeberler xeberlər