Xameneini müvəqqəti əvəzləməyə niyə o seçildi?
Məlum olduğu kimi, İranın Ali lideri Əli Xamenei İsrailin endirdiyi hava zərbələri nəticəsində həlak olub.
KONKRET.azxəbər verir ki, Ayətullah Əlireza Arafi yeni lider seçilənədək onun vəzifəsini müvəqqəti icra edəcək.
Ə. Arafi ölkə dini-siyasi sistemində mühüm mövqeyə malik fiqurlardan biri hesab olunur.
1959-cu ildə Meybud şəhərində anadan olan Arafi dini təhsilini Qumda alıb və uzun illər burada islam hüququ üzrə dərs deyib.
O, İranın dini sistemində rəhbər vəzifələr tutaraq təhsil strukturunun idarə olunması, idarəetmə mexanizmlərinin gücləndirilməsi proseslərində iştirak edib.
Arafi hazırda Qum şəhərinin cümə imamı kimi fəaliyyət göstərir və ölkənin ali dini-siyasi institutlarından olan Ekspertlər Şurasının üzvüdür.
Əlavə edək ki, sözügedən qurumun əsas səlahiyyəti Ali lideri seçmək və onun fəaliyyətinə nəzarət etməkdir.
O, eyni zamanda Konstitusiyanın Qoruyucuları Şurasında təmsil olunaraq qanunların Konstitusiyaya və şəriətə uyğunluğuna nəzarət prosesində iştirak edib.
Arafi ölkənin mövcud ideoloji xəttinə sadiq ruhani elitanın nümayəndəsi sayılır. O, dövlət və din institutlarının paralel fəaliyyət modelinin qorunmasını müdafiə edir. Birbaşa hökumət strukturlarında icraedici vəzifə tutmasa da, dini-elmi nüfuzu və strateji qurumlardakı təmsilçiliyi onun ölkə siyasətində təsir imkanlarını artıran əsas faktorlar kimi qiymətləndirilir."Qafqazinfo"

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK
Dizel bahalaşacaq, sonra ucuzlaşacaq