Xananyan: "Mən İlham Əliyevin çıxışına diqqətlə qulaq asdım"

Xananyan:

" class="imgbcode" />"2024-cü ilin ilk gününə Ermənistan rəhbərliyinin təbrik mesajlarına baxaraq başladım. Ermənistanın Birinci Kanalı bütün dünyada ermənilərə üç tamaşa nümayiş etdirdi".
KONKRET.azyerli mediaya istinadən xəbər verir ki, bu sözləri ruhani Nerses Xananyan bildirib.
O daha sonra fikirlərini belə davam etdirib: "Ermənistan parlamentinin spikeri Alen Simonyan və prezidenti Vaaqn Xaçatryanın çıxışları təxminən 7-8 dəqiqə davam edib. Qalan vaxtda Paşinyan danışıb.
Hər üç çıxışı Ermənistan vətəndaşlarına müxtəlif formatlarda çatdıran bir mesaj birləşdirir: "Biz sülhə nail olmalıyıq və bütün qonşularımızla normal münasibətlər qurmalıyıq".
Paşinyan üç dəqiqəyə yaxın vergi ödəməyin vacibliyindən danışıb və fikrini belə yekunlaşdırıb ki: "Vətənini sevirsənsə, vergi ödə… Vergilərin sayəsində biz Qarabağdan köçkün düşmüş insanlara yardım edə bildik".
Daha sonra baş nazir deyir ki, bütün dövlət işçilərinin maaşları qaldırılıb və bundan sonra da artırılacaq.
Və birdən-birə üzündə kədərli ifadə ilə hamıdan, hətta Qarabağdan köçkün düşmüş insanlardan da bağışlanma diləməyə başlayır. Amma sevinməyin. Əsl söz ustası kimi bağışlanmaq istəyəndə əslində bağışlanma diləməz.
Bütün Ermənilərin Katolikosunun çıxışı müasir müstəqil Ermənistanın 30 ildən artıq tarixində ilk dəfə efirdə yayımlanmayıb.
Dünən qardaşımız Avetik Arutyunyan artıq bu hadisənin aşkar səbəbini göstərib və mən onunla tamamilə razıyam. Patriarxın çıxışı yeganə çıxış idi ki, Qarabağ mövzusu bizim üçün qapalı deyil.
Mən tənbəllik etmədim, həm də barışmalı olduğumuz qonşuların prezidentinin çıxışına baxdım. Əliyev 16 dəqiqə danışıb, onlardan 14-ü Qarabağ, hərbi uğurlar, yeni müasir silahların əldə edilməsi, Şərqi Zəngəzurda aparılan genişmiqyaslı tikinti işləri haqqında idi.
"Ermənistan rəhbərliyi özünü elə aparmalıdır ki, bizim qəzəbimizi oyatmasın", – deyə qonşu ölkənin lideri fikrini yekunlaşdırıb".
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 01 yanvar 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən xəbər xeberler bu gun hava durumu xeberler az