"Xanımımla Şuşada daha çox qalmaq üçün nə edə biləcəyimizi planlaşdırdıq

"Bu, Şuşaya ilk səfərim deyil. Mən artıq 10 dəfədən çox Şuşa şəhərində olmuşam. Demək olar ki, Şuşaya vurulmuşam".
azxeber.com xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahmon deyib.
O bildirib ki, şəhərin memarlığı, yeni binalar, abadlaşdırılmış infrastruktur və aparılan bərpa işləri onda böyük təəssürat yaradıb.
"Bu gün hətta həyat yoldaşımla burada daha çox qalmaq və Şuşada olmağımızdan daha çox zövq almaq üçün nə edə biləcəyimizi planlaşdırdıq. Hava möhtəşəmdir, memarlıq və yeni binalar bizi çox heyran etdi", - deyə diplomat bildirib.
O həmçinin şəhərdə aparılan bərpa işlərinin əhəmiyyətini qeyd edib və Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağ regionunun inkişafındakı xidmətlərini vurğulayıb.
"Bu, Prezident İlham Əliyevin böyük xidmətidir. O bu regionun inkişafına böyük diqqət ayırıb. Hər səfərim zamanı yeni dəyişikliklərin şahidi oluram", - İ.Abdurahmon deyib.
Səfir həmçinin ümidvar olduğunu bildirib ki, Qarabağ sakinləri onlar üçün yaradılmış şəraitdən istifadə edəcək və bərpa edilmiş şəhərlərdə məmnuniyyətlə yaşayacaqlar.
"Bu gün Şuşada tikilməkdə olan yeni məscidi də gördük. Biz onun açılışında məmnuniyyətlə iştirak edəcəyik. Düşünürəm ki, hər bir vətəndaş bundan böyük zövq alacaq. Çünki burada təkcə infrastruktur deyil, hər şey yaradılıb. Ona görə də yalnız sevinmək, dövlətə təşəkkür etmək və həyatdan zövq almaq lazımdır", - diplomat əlavə edib.

Siyasi       Tarix: 12 sentyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın Baş naziri Pedro Sançesə başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında dərc edilib. Məktubda qey

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə

Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əlaqələrin perspektivləri müzakirə edilib. bu barədə Mədəniyyət Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsind

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

İran səfirindən Azərbaycanla bağlı açıqlama

Bu gün dünyada cinayətkarlığa qarşı ancaq bir dövlət və ya hökumətin ərazisində mübarizə aparıla bilməz. report-a istinadla xəbər verir ki, bu fikirləri İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçil

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberlər en son xeber xeberler azerbaycan son xabar