Xankəndinin təhvil-təslim prosesi niyə üç ay davam edəcək? - DETALLAR

Xankəndinin təhvil-təslim prosesi niyə üç ay davam edəcək? - DETALLARQarabağdakı separatçı rejimin özünü rəsmi olaraq buraxmasından sonra müzakirə olunan məsələlərdən biri də "prosesin niyə 2024-cü ilin 1 yanvar tarixinə" qədər davam etməsi, yaxud "niyə indi tam ləğv edilməməsi" ilə bağlıdır.
KONKRET.az xəbər verir ki, bu məsələlər həm Ermənistanda, həm Azərbaycanda müzakirə olunur.
Ermənistanda müxtəlif iddialar irəli sürülür. İddia olunur ki, Paşinyan hakimiyyəti separatçılardan belə istəyib və 1 yanvarı – Yeni il bayramını ermənilər üçün "yasa" çevirməyi planlaşdırırlar.
Azərbaycanda isə belə iddialar irəli sürülür ki, qarşıdakı 3 ay ərzində vəziyyət dəyişə və separatçılar yenidən dirçələ bilərlər. 3 aylıq vaxt məsələsi də Rusiyanın planıdır.
Bu iddiaların inandırıcılığı yoxdur. Təbii ki, Ermənistanda kimlərin hansı iddia irəli sürdüyü, nələr uydurduğu bizim üçün maraqlı deyil. Azərbaycanda irəli sürülən iddialar isə reallığa uyğun gəlmir və mövcud reallıqları nəzərə alnmadan irəli sürülən iddialar absurd görünür.
Birincisi, qarşıdakı üç ay ərzində Qarabağda separatçıların dirçəlməsi üçün hərbi, siyasi, iqtisadi imkanları praktiki olaraq yoxdur;
İkincisi, nəinki Rusiya, istənilən güc bu vəziyyəti dəyişdirə bilməz.
Özünü buraxan separatçılara 3 ay – 1 yanvar 2024-cü il tarixinə qədər vaxtın verilməsinin yeganə səbəbi təhvil-təslim prosesinin həyata keçirilməsidir. Azərbaycan bunu 24 saat ərzində də edə bilər, lakin belə bir addım erməni əhalisinin reinteqrasiyası prosesində problemlər yarada bilər, o baxımdan, Xankəndində mərkəzi hakimiyyətin bərpası mərhələ-mərhələ həyata keçiriləcək. Və bayrağımızın ən gec 3 ay sonra Xankəndində dalğlanacağı şübhəsizdir.
Asif Nərimanlı

Siyasi       Tarix: 29 sentyabr 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Ərdoğanın gözlənilən Bakı səfəri – İki nəticə çıxarmaq olar

Ərdoğan 8 Noyabr Zəfər günündə Azərbaycana gəlməyi planlaşdırır. Azərbaycan-Türkiyə qardaşlıq və strateji münasibətləri fonunda Ərdoğanın Bakıya gəlişi hər zaman təbii hadisə olub. Hərçənd, bu dəfəki səfər Bakı-Ankara xəttind

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən görüntülər enson xeberler son xeberler bugun 2026 canli valyuta məzənnələri