Xankəndiyə daha 13 iranlı gəldi - Foto və pasportlar
14 nəfər İran vətəndaşının Qarabağa gəlişi ilə bağlı araşdırmalar bitməmiş, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindəki əraziyə keçmiş daha bir iranlı dəstə haqda məlumat əldə etmişik - bu dəfə Qarabağa İrandan 13 nəfərlik qrupun "təşrif buyurduğu" məlum olub.
azxeber.com xəbər verir ki, "Qafqazinfo"nun etibarlı mənbədən aldığı xəbərə görə, noyabrın 24-də 34-QA-444 nömrəli "Mersedes-Benz" avtomobil ilə Qarabağa keçmiş ilk qrupun gəlişindən cəmi 6 gün sonra – noyabrın 30-da buraya növbədi dəstə gətirilib.
Qarabağa gəlmiş yeni dəstə üzvlərinin adlarını da, pasportlarını da təqdim edirik:
1. Goodarzi Najmedin Abedin
2. Goodarzi Bahman Zabihollah
3. Goodarzi Mohsen Reza
4. Banaei Mostafa Mohammad
5. Fadaeipordanjani Afrasaib Mahmoud
6. Vaeznezhadi Farshad Dolatali
7. Moradazar Mohsen Zarbali
8. Shafaghghat Aminjan Ramezan Eznolah
9. Boveirian Ghafour Bemouniagha
10. Vae Zadeh Fariborz Madad
11. Fatahi Shakib Majid Alibaba
12. Hakimzadeh Ghanbar Allahmora
13. Abdollahi Gholamreza Ali
Beləliklə, İrandan Azərbaycan ərazisinə müxtəlif dəstələrin keçirilməsi artıq kütləvi hal alır. Ümulikdə 6 gün ərzində - noyabrın 24-dən 30-dək rusiyalı sülhməramlıların postundan Qarabağ ərazisinə iki qrup halında 27 nəfər İran vətəndaşı daxil olub. Özü də bu iki qrupun bir-biri ilə bağlı olduğu və eyni missiya ilə gəldiyi şübhə doğurmur. Çünki onların hər ikisi eyni avtomobildə - 34-QA-444 nömrəli mikroavtobusla gətirilib. Avtomobili kimin idarə etdiyi də məlumdur – sürücü Ermənistan vətəndaşı Yura Baqdasaryandır.
İran səfirliyi əvvəlki müraciətlərimizə cavab vermədiyi, həmin ölkənin xarici siyasət idarəsi nə deyəcəyini bilmədiyi üçün daha bu diplomatik nümayəndəliyə sorğu ünvanlamağı da lazım bilmədik.
Elə isə, artıq Azərbaycanın müvafiq orqanlarının danışması lazımdır!
Nə baş verir?!
Kurslar.az kurslar [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı
10 illik məhkum edilmiş Martin də əfv edildi
Prezident əfv Sərəncamı imzaladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı