Xaricdə yaşayan azərbaycanlıların nəzərinə
"Diasporla İş üzrə Dövlət Komitəsi bölgədə yaranmış mövcud vəziyyətlə əlaqədar ölkəmizin xaricdəki diplomatik nümayəndəlikləri ilə sıx və koordinasiyalı əməkdaşlıq çərçivəsində hərəkət edərək lazım olan addımları atır və bu istiqamətdə fəaliyyətini gücləndirib".
azxeber.com xəbər verir ki, bu barədə Komitə məlumat yayıb.
Bildirilib ki, komitə əməkdaşları, Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının koordinatorları müxtəlif ölkələrdəki icma üzvləri ilə intensiv əlaqə saxlayır, onlara ehtiyatlı olmaq, təhlükəsizliklə bağlı bütün çağırış və tələblərə əməl etmək tövsiyə olunur.
"İnformasiya mübadiləsinin operativliyi və soydaşlarımızın müraciətlərinə çevik reaksiya verilməsi məqsədilə Diasporla İş üzrə Dövlət Komitəsinin "140" Çağrı Mərkəzi 24 saat fasiləsiz fəaliyyət göstərir. Xaricdə yaşayan soydaşlarımız hər hansı fövqəladə vəziyyət, hüquqi və ya humanitar xarakterli çətinliklərlə qarşılaşdıqları halda, dərhal "Çağrı Mərkəzi"nə müraciət edə bilərlər. Daxil olan bütün müraciətlər operativ qeydə alınır, aidiyyəti qurumlarla koordinasiyalı şəkildə araşdırılaraq müvafiq tədbirlər görülür.
Qeyd edək ki, komitə, həmçinin diaspor təşkilatları vasitəsilə maarifləndirmə işlərini daha da gücləndirib, təhlükəsizlik və məlumatlandırma istiqamətində ardıcıl fəaliyyəti davam etdirir. Məqsəd, xaricdə yaşayan hər bir azərbaycanlının təhlükəsizliyini təmin etmək, onların hüquq və maraqlarını qorumaq, zərurət yarandığı halda dəstək mexanizmlərini operativ şəkildə işə salmaq, təxirəsalınmaz tədbirlər həyata keçirməkdir", - deyə əlavə edilib.

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma