Xaricdəki söyüş müxalifətini maliyyələşdirən məmurlar kimdir? - Deputatdan açıqlama

Xaricdəki söyüş müxalifətini maliyyələşdirən məmurlar kimdir? - Deputatdan açıqlamaAvropada yaşayan azərbaycanlı "blogerlər", "siyasi mühacirlər"in bir-birlərini ifşa, şantaj etməsi adi hal alıb. 
Son olaraq xaricdəki söyüş müxalifətinin əsas simalarından olan Tural Sadıqlı və Əfqan Muxtarlı arasında sərt ittihamlarla müşahidə edilən qarşıdurma diqqət çəkən məqamlar üzə çıxarıb. 
Bir-birlərini satqınlıqda, hakimiyyətə işləməkdə ittiham edən bu iki şəxs bilərəkdən və ya bilməyərəkdən şübhəli iz buraxıblar. 
Belə məlum olur ki, hakimiyyət daxilində yenidən hansısa qrup peyda olub və bu qrup vaxtilə Ramiz Mehdiyev-Eldar Mahmudov çəkişməsinə bənzər bir şəkildə mübarizəyə başlayıblar. Burada vacib məqam isə bu cür mühacirləri, özlərini "bloger" adlandıran şəxsləri ölkəmizdən adı hələ ki, naməlum olan məmurların və şəxslərin maliyyələşdirməsidir. 
Əgər, həqiqətən Azərbaycanda qeyd edilən siyasi mühacirlərə yardım edən, onları maliyyələşdirən məmurlar varsa, həmin yüksək vəzifələri şəxslərin aqibəti necə olacaq?
Məsələ ilə əlaqədar azxeber.com-a danışan Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, xaricdə yaşayan həmin siyasi mühacirlər erməni diasporunun sifarişlərini yerinə yetirirlər:
"Çox təəssüflər olsun ki, uzun illərdir Azərbaycanın inkişafını, tərəqqisini, güclənməsini istəməyən bir qrup şəxslər Avropada formalaşır ki, onlar xarici kəşfiyyat orqanları ilə yaxından əməkdaşlıq edirlər. Yeri gəldikdə, erməni diasporunun sifarişlərini yerinə yetirirlər. Çox təəssüf ki, bəzi hallarda sadiq azərbaycanlı məmurların da dəstəyi ilə onlar Azərbaycana, ölə rəhbərliyinə qarşı qarayaxma kampaniyası həyata keçirirlər. Əgər əvvəllər onların əsas arqumentləri Qarabağ probleminin həll olunmaması idisə, Qarabağ zəfərindən sonra onlar bu qələbəni də qəbul edə bilmədilər. Xüsusilə də söyüş müxalifətinin inkişaf etdirilməsində özlərini "bloger" adlandıran həmin şəxslərin çox böyük əməkləri, xidmətləri var. Əfsuslar olsun ki, bioloji olaraq azərbaycanlı olan həmin şəxslər ruhən Azərbaycana bağlı deyillər. Azərbaycanın əleyhinə çox nalayiq fikirlər səsləndirirlər. Azərbaycanı istəməyən qüvvələrin maraqlarına xidmət edən fikirləri tirajlayırlar".
Deputat vurğulayıb ki, özlərini "bloger" adlandıran şəxslərin Azərbaycandan maliyyə dəstəyi aldıqlarını və xüsusən məmurlar tərəfindən onlara maliyyənin ötürülməsinə dair söyləntilər var:
"Artıq bir neçə müddətdir ki, sosial şəbəkələrdə məhz özlərini "bloger" adlandıran sözügedən şəxslərin Azərbaycandan maliyyə dəstəyi aldıqlarını və xüsusən məmurlar tərəfindən onlara maliyyənin ötürülməsinə dair söyləntilər var. Bu şəxslər xüsusi xidmət orqanlarına məlumdur. Biz inanırıq ki, tezliklə həmin adlar açıqlanacaq. Azərbaycanın inkişafını istəməyən və şəxsi maraqlarını ölkəmizdən üstün tutan bu şəxslər cəzalandırılacaqlar. O cümlədən, Azərbaycan əleyhinə qarayaxma kampaniyası aparan dırnaqarası blogerlərin bu günə qədər dəbdəbəli həyat yaşamalarına şərait yaradan, onlara müxtəlif səpkili informasiyalar ötürürək onların daha çox izlənməsini təmin edən şəxslər də öz cəzalarını alacaqlar. Avropada fəaliyyət göstərən bu şəxslərin gec-tez Azərbaycan qanunları qarşısında cavab verəcəkləri də artıq gec deyil.
Hətta bəzilərinin Avropa vətəndaşlığı, siyasi sığınacaq almalarına baxmayaraq həmin ölkələrin xüsusi xidmət orqanlarının nəhayət ki, bu şəxslərin Azərbaycana təhvil verilməsinin düzgün olduğunun qənaətinə gələcəklərinə şübhəm yoxdur. Biz dəfələrlə özlərini "bloger" adlandıran qeyd edilən şəxslərin bir-birini ittiham etdiklərini, qrant, qonorar üzərində söydüklərini və bir-birlərini xəyanətkar adlandırdıqlarını izləmişik. Dəfələrlə Avropa təsisatlarında Azərbaycan əleyhinə ifadələr verən, ölkəmizin nüfüzuna ziyanverici görüşlər təşkil edən, habelə dövlətimizin əleyhinə qərarlarların verilməsində yaxından iştirak edən siyasi mühacirlərin də qanun qarşısında cavab verəcəyi uzaqda deyil. 
İnsan haqlarından, hüquqlarından, demokratiyadan dəm vuran bu şəxslərin əslində Ermənistan diasporunun təsiri altında Azərbaycan əleyhinə fəaliyyət göstərdikləri artıq hər kəsə bəllidir. Biz inanırıq ki, Azərbaycan xüsusi xidmət orqanları da bu şəxslərə dəstək verən keçmiş məmurların və hazırda onları dəstəkləyən bir qrup azərbaycanlıların adlarını açıqlayacaq və onlar da qanun qarşısında öz cəzalarını alacaqlar".
Mikayıl Mirzəzadə

Siyasi       Tarix: 31 may 2024
f Paylaş

Oxşar xəbərlər

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir

Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. KONKRET.azxəbər verir ki, təbrik məktubunda deyilir:

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

İham Əliyev İliyana Yotovanı təbrik etdi

Prezident lham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezident

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei

ABŞ-ın aralıq seçkilərinin nəticələri Vaşinqtonun İrana qarşı düşmənçiliyini dəyişdirməyəcək. axaraz-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneinin adından yayılan açıqlamada bildirilib. "Partiy

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeberler bugun cəbhədən son durum son xəbərlər azərbaycanda cəbhədən son xəbərlər