Xaricdən gələn ermənilər işğal olunan ərazilərin meşələrindəki ağacları xaricə satıb - AÇIQLAMA + FOTO

Xaricdən gələn ermənilər işğal olunan ərazilərin meşələrindəki ağacları xaricə satıb - AÇIQLAMA + FOTOXaricdən gələn ermənilər işğal olunan ərazilərin meşələrindəki ağacları xaricə satıb - AÇIQLAMA + FOTO
Ermənistan tərəfindən ərazilərimiz işğal edilməsi nəticəsində Azərbaycanın ətraf mühiti və təbii sərvətlərinə vurulmuş zərərin miqdarı hədsiz dərəcədə böyükdür. Onun təbii sərvətlər və xüsusilə bitki ehtiyatları ermənilər tərəfindən amansızcasına talan edilib.
Bu barədə AMEA Botanika İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Eldar Novruzovun yazdığı məqalədə qeyd olunub.
Məqalədə işğal altında olan torpaqlarımızdan çıxarılan qızıldan sonra ən çox talanan meşələrin olduğu qeyd olunub. Bu ərazilərdə 280 min ha meşə sahəsi mövcud idi. Onun 13,2 min ha qiymətli ağac növləri ilə zəngin meşələrdir. Ermənistana xaricdən gələn ermənilər Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan və digər yerlərdəki qiymətli ağac növlərini kütləvi şəkildə qıraraq yarımfabrikat şəklində xarici ölkələrə satıblar.
Azərbaycan meşələrində yayılmış 460 növdən çox yabanı ağac və kol növlərindən 95 ağac, 290 kol və 19 yarımkol növü Kiçik Qafqazın mərkəzi və cənubunda yerləşən Dağlıq Qarabağ və ona bitişik ərazilərdə olan meşələrdə yayılmışdır.  Burada yayılmış Şərq çinarı, Giləmeyvə Qaraçöhrə, Ayı fındığı, Araz palıdı, Yalan qoz, Dağdağan, Saqqızağacı kimi relikt növlərlə yanaşı Adi nar, meşə üzümü, Buase armudu, Pirkal, Şümşə, Eldar şamı, Adi xurma, Söyüdyarpaq armud kimi nadir növlər uzun müddət qorunub saxlanılmasına baxmayaraq çox güman bu gün mənfur ermənilərin iyrənc əməlləri nəticəsində məhv olunub silinmək təhlükəsindədir.
İşğal edilmiş ərazilərdə hündürlüyü 45 m diametri 6-8 m, yaşı 120 ildən 2600 ilədək olan pasportlaşdırılmış 145 şərq çinarı, 3 dağdağan, 1 azad ağacı, 1 armud, 1 palıd və 3 saqqız ağacı təbiət abidəsi kimi qorunub saxlanılırdı. 
Bu abidələrin yerləşdiyi ərazilərdə xüsusi mühafizə qaydaları tətbiq edilərək qorunurdu. Bu pasportlaşdırılmış təbiət abidələrinin əksəriyyəti haqqında məlumatımız yoxdur. Son məlumata görə Ağdam şəhərində yaşı 150-250 il olan 6, Şelli, Seyidli, Sarıhacılı, Əliağa kəndləri ərazisində olan yaşı 100-250 il olan 8, Böyük Bəhmənli kəndi ətrafında olan yaşı 400 il olan 7 ədəd şərq çinarı məhv edilmişdir.
Misilsiz gözəlliyi ilə insanlığı məftun edən, dünyada analoqu olmayan təbiət abidələrindən biri də Kiçik Qafqazın cənubunda Zəngilan rayonu ərazisində yerləşən 117 ha ərazisi olan təbii Çinar meşəsidir. Onun 107 hektarı 1974-cü ildə Bəsitçay Dövlət Qoruğuna verilmişdir. Burada yaşı 100-200 il, diametri 80-120 sm, hündürlüyü 25-30 m olan çox miqdarda nümunələri vardır. Bu çinar meşəsinin bir hissəsi ağaclardan təmizlənərək ermənilərin hərbi hissəsi yerləşdirilmişdir. Zəngilanın Rəzdərə və Muqanlı kəndləri ətrafındaki meşələrdə isə ağac emalı zavodları tikilərək çinar, qırmızı palıd ağacları kökündən çıxarılaraq doğranır mebel istehsalı edilir və çox hissəsi isə yarımfabrikat şəklində xarici ölkələrə satılıb.
Bütün bunlar ermənilərin təbiətə, təbiət abidələrinə bütünlükcə ekologiyaya vurduğu terrorist hərəkətdir. Bunu yalnız təbiətə, ekologiyaya qarşı soyqırım adlandırmaq olar.
Biz bioloqlar və aidiyyəti olan təşkilatlar tezliklə bu abidələrin müasir vəziyyətini araşdırmalı, erməni təcavüzkarlarının onlara vurduqları yaraların sağaldılmasına, onlara yeni həyat vəsiqəsi vermilməsinə borcluyuq.
Xaricdən gələn ermənilər işğal olunan ərazilərin meşələrindəki ağacları xaricə satıb - AÇIQLAMA + FOTO

Sosial       Tarix: 12 noyabr 2020
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama

"Milli Məclisin komitə iclasında təqdim etdiyimiz təkliflərdən biri də "çoxuşaqlı ailə" anlayışına yenidən baxılması ilə bağlıdır. Təklifə əsasən, mərhələli şəkildə üç və daha çox uşağı olan ailələrin çoxuşaql


azerbaycan xeberleri yeni xeberler son xeberler bugünkü son xəbərlər sou xeberler bugun valyuta mezennesi banklar xabarlar