"Xarici güclərin sifarişi ilə Ermənistanda heç vaxt hakimiyyət dəyişikliyi olmayacaq"
" class="imgbcode" />"Qarabağ "əməliyyatı"nın təşkilatçıları hazırda eyni "əməliyyat"ı hansısa yolla Ermənistanda da keçirməyə çalışırlar. Onu da deyim ki, təşkilatçılar Ermənistanda deyil".
KONKRET.azxəbər verir ki, bunu parlamentin tribunasından "Mülki razılaşma" fraksiyasının deputatı Vaaqn Aleksanyan bildirib.
Onun sözlərinə görə, rus sülhməramlılar 120 min insanın köçməsini sadəcə seyr ediblər: "Bundan sonra Ermənistan gördü ki, müttəfiqləri öz öhdəliklərini yerinə yetirmirlər. Bu, sübut olunmuş faktdır. Ermənistan isə Azərbaycan da daxil olmaqla bütün qonşuları ilə dəqiq demarkasiya olunmuş sərhədə malik olmalı və bu sərhəd 29,743 kvadrat kilometr ərazidə ümumiləşməlidir. Bunu qeyd etdiyim güc mərkəzlərində də sərt tələb edirlər. Çünki məsələ ondadır ki, Ermənistan konkretləşsə, ABŞ və AB ilə əla münasibətlər qurulacaq. BMT-nin tamhüquqlu üzvü kimi Ermənistana hücum etmək çətin olduğu üçün ölkəmizi boz zonaya çevirib onu udmaq istəyirlər. Bax indi əsas məsələ budur ", – Vaaqn Aleksanyan bildirib.
"Ermənistandakı daha bir rus hərəkatı sadə bir səbəbdən uğursuzluğa məhkumdur: Ermənistan vətəndaşı sadə bir suala cavabı olmayan insanların arxasınca getmək istəyə bilməz. Xarici güclərin sifarişi ilə Ermənistanda heç vaxt hakimiyyət dəyişikliyi olmayacaq. Ermənistan Respublikasının müstəqilliyi əbədidir", – deyə deputat fikrini yekunlaşdırıb.
Natiq Səlim,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Neft həftəni bu qiymətlə başladı
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi
"Yuventus"un qapıçısı zədələndi
"Fənərbağça" rəqibini darmadağın etdi – Tarixi hesab
DİQQƏT: Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz
Madrid debisində "Atletiko" "Real"a qalib gəlib
Xaçmazdan Bakıya gələn avtobusda yanğın baş verdi
Tramp: "ABŞ husilərlə daimi əlaqə saxlayır"
Göygöldə ər arvadını qətlə yetirib
Hakan Çalhanoğlunun gələcəyi bəlli olur
"Biz onda "Qarabağ"ı belə qəbul etməmişdik" - Tahir Gözəl
"Turan Tovuz" – "Fənərbağça" oyununun vaxtı açıqlandı
Salyanda kişini maşın vurdu - Yerindəcə öldü
Azərbaycan Pakistana başsağlığı verdi
Türkiyədə silahlı atışma: ölənlər var