Xarici jurnalistlər Qərbi Azərbaycan İcmasında - FOTOLAR

Xarici jurnalistlər Qərbi Azərbaycan İcmasında - FOTOLARParlament Jurnalistlər Birliyinin (PJB) dəvəti ilə ölkəmizdə səfərdə olan xarici jurnalistlər Qərbi Azərbaycan İcmasında olublar.
Modern.az-ın məlumatına görə, İcma sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli jurnalistlərlə görüşdə bildirib ki, illər öncə öz evlərindən qovulan Qərbi azərbaycanlılar indi sülh yolu ilə geri qayıtmaq, Ermənistan vətəndaşlığını qəbul edib yaşamağa hazırdırlar:
"Bununla bağlı Qərbi Azərbaycan İcması tərəfindən həm Ermənistan hökumətinə, həm də Birləşmiş Millətlər Təşkilatı başda olmaqla bütün beynəlxalq qurumlara müraciət olunub".
Görüşdə Azərbaycanın əzəli torpaqlarında məskunlaşdırılan ermənilərin törətdiyi cinayətlərin 200 illik tarixindən, Ermənistanın XX əsrdə azərbaycanlılara qarşı etnik təmizləmə və deportasiya siyasəti yürütməsindən, azərbaycanlıların yaşadığı torpaqlarda törədilən vəhşiliklər, tarixi abidələrin, qəbiristanlıqların dağıdılması, tarixin izlərinin süni olaraq silinməsi cəhdlərindən bəhs edilib.
Ə.Ələkbərli illər boyunca təqiblərə, deportasiyaya məruz qalan qərbi azərbaycanlıların artıq dinc dövrdə hüquqlarının sülh yolu ilə təmin olunması istiqamətində fəaliyyətə başladıqlarını,  Qayıdış Konsepsiyasının hazırlandığını vurğulayıb.
Bildirilib ki, İcma nümayəndələri Ermənistan hökumətindən hazırda onun ərazisi sayılan coğrafi məkanlardan qovulmuş azərbaycanlıların beynəlxalq proses çərçivəsində öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına şərait yaratmağı və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarını təmin etməyi tələb edir. Həmçinin diqqətə çatdırılıb ki, BMT və digər aidiyyəti beynəlxalq təşkilatlardan isə indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz evlərinə beynəlxalq proses çərçivəsində təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarının təmin edilməsinə yardım etməyi xahiş olunur.
Qeyd edək ki, görüşdə Böyük Britaniyadan "Daily Mail"," Daily Star" və "Avrupa News Agency" platformalarının təmsilçisi Alpaslan Duven, Albaniyanın "infowebmedia" rəqəmsal platformasının əməkdaşı Anisa Bahiti və Gürcüstanın "geodigest.ge" və "newsday.ge" xəbər saytlarının rəhbəri Avtandil Otinaşvili, həmçinin Tərəfsiz (Parlament) jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı iştirak ediblər.
Xarici jurnalistlərin suallarını cavablandıran Ə.Ələkbərli onları heyrətləndirən faktlar açıqlayıb.
"Ermənilər 200 ildən  əvvəlki tarixə dair bir dənə də olsun məzar göstərə bilməzlər ki, orada ermənilərin qalıqları olsun. Çünki həmin torpaqlarda tarix boyunca yalnız azərbaycanlılar yaşayıb, bunu özləri də çox gözəl bilirlər", - İcma sədri deyib.
Görüşün sonunda əcnəbi jurnalistlərə Qərbi Azərbaycanın tarixini əks etdirən ədəbiyyat nümunələri təqdim olunub.
Məlumat üçün bildirək ki, bu görüş Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra olunan "Qərbi azərbaycanlıların Qayıdış Konsepsiyasının xarici mediada təbliği" layihəsi çərçivəsində baş tutub.
Azərbaycanda səfərdə olan xarici jurnalistlərin digər  dövlət qurumlarında da görüşləri planlaşdırılır. Səfərin məqsədi Qərbi azərbaycanlıların Qayıdış Konsepsiyasının əsas müddəalarının, tarixi faktların beynəlxalq ictimaiyyətə çatdırılmasına yardım etməkdən ibarətdir.
Xarici jurnalistlər Qərbi Azərbaycan İcmasında - FOTOLARXarici jurnalistlər Qərbi Azərbaycan İcmasında - FOTOLARXarici jurnalistlər Qərbi Azərbaycan İcmasında - FOTOLARXarici jurnalistlər Qərbi Azərbaycan İcmasında - FOTOLARXarici jurnalistlər Qərbi Azərbaycan İcmasında - FOTOLARXarici jurnalistlər Qərbi Azərbaycan İcmasında - FOTOLARXarici jurnalistlər Qərbi Azərbaycan İcmasında - FOTOLARXarici jurnalistlər Qərbi Azərbaycan İcmasında - FOTOLARXarici jurnalistlər Qərbi Azərbaycan İcmasında - FOTOLAR/ azxeber.com

Sosial       Tarix: 28 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind


azerbaycan xeberleri yeni xeberler son xeberler sou xeberler valyuta mezennesi qarabag son xəbər