Xarici KİV-də Ermənistanda Njdenin qəhrəmanlaşdırılmasına dair məqalə yayımlandı

Xarici KİV-də Ermənistanda Njdenin qəhrəmanlaşdırılmasına dair məqalə yayımlandıXarici KİV-də Ermənistanda Njdenin qəhrəmanlaşdırılmasına dair məqalə yayımlandı
"Moderndiplomacy" portalında Ermənistanda Qaregin Njde də daxil olmaqla faşist və ya terrorist ermənilərin adlarının əbədiləşdirilməsi, heykəllərinin ucaldılması və beləliklə, onların  qəhrəmanlaşdırılması haqqında məqalə yayımlanıb.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin və mərkəzin eksperti Vasif Hüseynovun müəllifi olduğu məqalədə  irqçi ideologiyaları gücləndirən və cəmiyyətə təhlükəli mesajlar verən bu cür əməllər tənqid olunur.
Müəlliflər ilk öncə ziddiyyətli tarixi şəxslərin, yerli əhaliyə amansız qəddarlıq nümayiş etdirmiş müstəmləkə liderlərinin, faşistlərlə əlbir olub günahsız insanların qətlinə səbəb olmuş müharibə cinayətkarlarının və s. adının bu və ya digər şəkildə əbədiləşdirilməsinə qarşı dünyanın bir çox ölkəsində geniş vüsət almış etiraz aksiyasına diqqət çəkir. Bildirilir ki, bu heykəllər yalnız tarixi sənət nümunəsi deyil, keçmişi tərənnüm edir,  ziddiyyətli tarixi şəxsi və ya siyasəti yaddaşlarda canlı saxlayır, insanların düşüncələrinə və həyata baxışlarına xüsusi şüuraltı təsir etməklə həm də indiki zaman və gələcək üçün mesajlar ötürür.
Məqalə müəllifləri qeyd edir ki, baxmayaraq ki, bu mübahisələr Cənubi Qafqaz üçün yeni deyil, lakin MDB-nin Aşqabaddakı sammitində Azərbaycan Prezidenti İlham Əliyevin çıxışından sonra yenidən aktuallıq qazanıb və geniş müzakirələrə səbəb olub:
"Həmin sammitdə Prezident İlham Əliyev Ermənistanda nasistlərlə birlikdə minlərlə insanın qətlində iştirak etmiş Garegin Njdeyə paytaxt Yerevanda abidə qoyulmasını sərt tənqid edib və bunu müharibə qurbanlarının xatirəsinə hörmətsizlik kimi qiymətləndirib.
Müəlliflər Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidentinin tənqidindən sonra utanmadan Njdeni müdafiə etməsini pisləyiblər. Məqalədə ermənilərin ali irq olduğunu iddia edən Tseghakronism adlı təhlükəli ideologiyanın yaradıcısı olan Njdenin qəhrəmanlaşdırılması və beləliklə müasir dövrdə onun irqçi düşüncələrinin yaşadılması və yayılması Cənubi Qafqazda sülh üçün ciddi bir mane kimi qiymətləndirilib".
Məqalə müəllifləri təəssüflə qeyd edirlər ki, Qaregin Njde ermənilər tərəfindən xatirəsi əbədiləşdirilən yeganə müharibə cinayətkarı deyil:
"Ermənilər həmçinin dünyanın müxtəlif yerlərində türk diplomatlarını qətlə yetirən ASALA terrorist təşkilatının liderlərinə də ölkənin müxtəlif yerlərində abidələr ucaldıb və onları qəhrəman kimi təqdim edib.  Məsələn ASALA-nın aparıcı fiqurlarından olan Monte Melkonyana nəinki abidələr qoyulub, həmçinin onun adı təhsil müəssisələrinə və fondlara verilib və beləliklə yeni nəslin onu tanımasına və rəğbət bəsləməsinə şərait yaradılıb".
Oxşar şəkildə məqalədə Gürcüstanın Cavaxetiya bölgəsində Xocalı qətliamında iştirak etmiş erməni hərbçi Mixail Avagyana abidə qoyulması tənqid olunub. BMTM ekspertləri diqqəti xüsusi olaraq o fakta çəkir ki, bu abidənin sırf Azərbaycanlıların matəm günü 20 Yanvarda açılması ermənilərin xalqımıza qarşı kin və nifrətinin göstəricisidir.
Müəlliflər tərəfindən bildirilib ki, müharibə cinayətkarlarının, faşistlərin və terroristlərin bu şəkildə milli qəhrəman elan edilməsi nəinki ATƏT-in Minsk Qrupu tərəfindən aparılan sülhün bərpa edilməsi təşəbbüslərinə mane olur, eyni zamanda bu qanlı əməllərə haqq qazandırır və yeni nəsillərə onları örnək kimi təbliğ edir. Dünyada ziddiyyətli şəxslərin şərəfinə ucaldılmış abidələrin dağıdılması aksiyasından nümunə götürərək ermənilərin də bu cinayətkarların adının əbədiləşdirilməsinə son qoyması tövsiyə olunur.
"Bu Ermənistan və onun türk qonşuları arasındakı münasibətlərin normallaşması, münaqişələrin həlli və bölgədə sülhün bərpa edilməsi üçün faydalı başlanğıc olardı"- deyə müəlliflər qeyd edir. /oxu.az

Sosial       Tarix: 10 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı

Bakıda bəzi ərazilərdə həyata keçirilən infrastruktur və şəhərsalma layihələri həmin ərazilərdə mənzil qiymətlərinə və investisiya cəlbediciliyinə təsir göstərə bilər. Nəqliyyat imkanlarının genişlənməsi, yeni yolların v

Diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir

Diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir. xəbər verir ki, diplomatlar səfər çərçivəsində bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar. Qeyd edək ki, sentyabrın 11-də Azərbaycanda akkredit

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Sabahın havası açıqlanıb

Sentyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında gözlənilən hava. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitini

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Yol polisi sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi ötmə qaydasınının pozulması ilə bağlı sürücülərə müraciət edib. xəbər verir ki, müraciətdə deyilir:. "Bakı-Qazax avtomagistralının Navahı qəsəbəsi ərazisindən keçən hissəsində, saat 22:0

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN


yeni xeberler son xeberler azerbaycan xeberleri xeber az ensonxeberler cəbhədən son xəbər valyuta məzənnələri