Xarici vətəndaşla ailə quran azərbaycanlı məşhurlar - Onlar kimdir?

Xarici vətəndaşla ailə quran azərbaycanlı məşhurlar - Onlar kimdir?Adi vətəndaşlar arasından olduğu kimi şou-biznes nümayəndələri arasında da xarici vətəndaşlarla ailə qurmağa üstünlük verənlər var. Bunlar arasında isə daha çox Türkiyə vətəndaşlarına rast gəlmək mümkündür. 
azxeber.com bu dəfə xarici vətəndaşlarla nikaha daxil olan azərbaycanlı məşhurların araşdlrmasını aparıb. 
Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti Fidan Hacıyeva 2005-ci ildə ingiltərəli Filipp Neylor ilə ailə qurub. "Karmen" tamaşasının təqdimatında tanış olan cütlük  Azərbaycanda yaşayır və onların 2 övladı var.
Kariyerasının zirvəsində uğurlarından imtina edərək Türkiyə vətəndaşı Ceyhun İzerle ailə quran İradə İbrahimova 2009-cu ildən İstanbulda yaşayır. Onun bu nikahdan İpek adlı qızı və Əli adlı oğlu var. Müğənninin qızı İpek bu il 160 illik tarixə malik Robert Collecinin tələbəsi olub.
Sevilən müğənni Nura Suri rəsmi olaraq 3 dəfə nikahda olub. Onun ilk həyat yoldaşı İranlı iş adamı Əlirza Suri olub.
İkinci dəfə ailə quran müğənni Kəmalə Qaramollayeva həyat yoldaşının yəhudi olduğunu açıqlayıb. İş adamı olan yəhudi əsilli bəylə ailə quran müğənninin birinci evliliyindən bir oğlu var.
Aktrisa Məlahət Abbasova 1991-ci ildə Türkiyə vətəndaşıilə ailəli olub. Uzun zamandır İstanbulda yaşayan aktrısanın Sude və Uğur adlıiki övladı var.
Xalq artisti Röya Ayxanın ailəsinə isə türk gəlin gəlib. Sənətçinin qardaşı İsmayıl Nəcəfov türkiyəli Cansu adlı xanımla ailə həyatı qurub. 8 il sevgili olan cütlük ailə qurdudan sonra Türkiyədə yaşayır. 
2010-cu ildə Fateh adlı Türkiyə vətəndaşı ilə ailə quran Yeganə Mürsəlova bir müddət İstanbulda yaşayıb.  Müğənninin Ömər adlı bir oğlu var. Tez-tez onun boşanma xəbərləri gündəmə gəlsə də müğənni hər dəfə bunu inkar edib.
"Eurovision–2011" mahnı müsabiqəsinin qalibi Nigar Camal da əcnəbi vətəndaşla ailə quran məşhurların arasındadır. Uzun zaman Londonda yaşayan müğənni, Kipr türkü Haluk adlı bəylə ailəli olub, ayrılıb. Onların 2 qızı var. 
Uzun zamandır Türkiyədə yaşayan balaban ustadı Əlixan Səmədov türk xanımla ailə qurub, ayrılıb. Daha sonra o İstanbulda yaşayan Azərbaycan əsilli Ellada adlı xanımla ikinci dəfə evlənib. Musiqiçinin qızı Səfa bloger kimi fəaliyyət göstərir.
Şou-biznesdə ən səs küy yaradan toy isə model Günay Musayevanın "Yaprak dökümü" serialında "Oğuz" rolu ilə məşhurlaşan Tolqa Karelə ərə getməsi idi. Dövrünün ən reytingli serialında bütün qızların kumirinə çevrilən Karel, Günay Musayeva ilə nikah masasına oturub. Onların Cahangir adlı oğlu dünyaya gəldə də, qısa zaman sonra cütlük boşanıb. Model dəfələrlə Karelin oğlu ilə maraqlanmadığını, Cahangirin atasını xatırlamadığını deyib.
Tanınmış teleaparıcı Xoşqədəm Baxşəliyeva 2010-ci ildə türkiyəli müğənni Doğuşla ailə həyatı qurub. Artıq 14 ildir birlikdə olan cütlüyün hazırda 2 oğlu var. Həm İstanbulda həm də Bakıda yaşayan Doğuş, hər zaman xanımına olan sevgisini dilə gətirir.
Aktrisa Cəmilə Tağızadə 2017-cil ildə Türkiyə vətəndaşı həkim Murad Temizlə ailə qurub. Türkiyəyə köçən aktrisa uzun müddət həyat yoldaşının 4 il öncə boşandığı xanımı ilə qalmaqallı məhkəmə proseslərinə şahidlik edib. Onun bu evlilikdən bir oğlu var. 
Mərhum müğənni Vidadi Bərdəlinin qızı Aytac Vidadiqızı türkiyəli bəyə ərə gedib.  Bu onun ikici nikahı idi. Türkiyə vətəndaşı, iş adamı Can Bekirlə də boşanan müğənni həyat yoldaşı ilə ailə bağlarının qırıldığını, yaşanan ayrılığın günahını özündə yox, həyat yoldaşında gördüyünü bildirib.
Müğəni Dilarə Kazımova da Türkiyə vətəndaşı Mərd Aslanla ailəli olan amma, boşanan məşhurlardandır. Müğənni sevib ailə qurduğunu desə də, bir müddət sonra xasiyyətlərinin uyğun gəlmədiyini bildirərək yoldaşından ayrılıb.
Aysel Hacızadə

Şou Biznes       Tarix: 13 iyul 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Mardinli Merilin Monro' həbs edildi

Türkiyənin Mardin şəhərində "Mardinli Merilin Monro" ləqəbi ilə tanınan Melek Akarmut saxlanılıb. 50 yaşlı Melek Akarmutun sosial media hesabında 15 iyul 2016-cı il çevriliş cəhdi ilə bağlı cinayət tərkibli olduğ

Ülkü Hilal Çiftçi məşhur filmdə rol alacaq

Türkiyənin məşhur "Aşk Tesadüfleri Sever" filminin üçüncü hissəsinin çəkilişlərinə 7 iyul tarixində start veriləcək. Türkiyə mətbuatına istinadən xəbər verir ki, filmin baş rollarında Mehmet Günsür və Devrim Özka

Fatih Terim azərbaycanlı müğənni ilə bir arada — FOTOLAR

Zamiq Hüseynov Türkiyənin Bodrumda tanınmış simalarla görüşüb. "Yeni Sabah"a istinadən xəbər verir ki, müğənni Yunus Akgün, Uğurcan Çakır, eləcə də məşqçi Fatih Terimləı ünsiyyətdə olub. Z.Hüseynov görüş zaman

Hudutsuz sevda'nın aktrisası nişanlandı

Türkiyənin "Sureç Film" şirkətinin sahibi İsmayıl Gündoğdu ilə tanınmış aktrisa Zəhra Yılmaz ailə qurmaq yolunda ilk addımı ataraq nişanlanıblar. . Cütlüyün nişan mərasimində incəsənət aləmindən tanınmış simala

Tanınmış rejissor həbs edildi - 11 milyonluq dələduzluq

Tanınmış rejissor Karl Rinş "Netflix" şirkətinin 11 milyon dollar vəsaitini mənimsədiyinə görə 2 il 6 ay azadlıqdan məhrum edilib. xəbər verir ki, sözügedən vəsait "Ağ at" adlı serialın istehsalına ayrıls

Məşhur müğənni vəfat etdi

Britaniyalı məşhur müğənni Bonni Tayler vəfat edib. Sənətçi 75 yaşında əməliyyatdan sonra dünmyasını dəyişib. Məlumatı "The Sun" nəşri yayıb. /

Elşən Ozan Akbaba ilə bir arada - Fotolar

Aktyor Elşən Orucov türkiyəli həmkarı Ozan Akbaba ilə bir araya gəlib. xəbər verir ki, sənətçilər "Çırak 2" serialının çəkiliş meydançasında görüşüblər. Ekran işində rol alan Elşən layihənin birinci hissəsində d

Viktor Uillis vəfat etdi

Dünyaca məşhur disko qrupu "Village People"nin solisti Viktor Uillis 74 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, sənətçinin ölümü ilə bağlı məlumat qrupun rəsmi sosial media hesablarında yayıla

Haluk Leventin saxlanılan köməkçisi danışdı

İstanbul Respublika Prokurorluğunun AHBAP Dərnəyi ilə bağlı apardığı istintaq çərçivəsində saxlanılan Yeliz Kaya ifadəsində diqqət çəkən iddialar səsləndirib. xəbər verir ki, yerli KİV-in məlumatına görə, Haluk Leventin köməkçis


yeni xeberler azerbaycan xeberleri son xeberler cebheden xeberler son xeberler bu gun dunyada son xeberler bugünki xəbərlər