Xəbərdarlıq: Bir sıra vergi ödəyicilərinin icazələri məhdudlaşdırılacaq

Xəbərdarlıq: Bir sıra vergi ödəyicilərinin icazələri məhdudlaşdırılacaq"Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarı ilə bir sıra iş və xidmət sahələrinin fəaliyyəti məhdudlaşdırılıb, sərt karantin rejiminin tətbiq edildiyi ərazilərdə hüquqi və fiziki şəxslərin işçi heyətinin işə çıxması "icaze.e-gov.az" portalı vasitəsilə, fəaliyyət sahələri üzrə işçi sayına məhdudiyyət tələbləri nəzərə alınmaqla həyata keçirilir.
İqtisadiyyat Nazirliyindən Milli.Az-a verilən məlumata görə, karantin rejiminin tələblərinə əməl edilməsi vəziyyətinin yoxlanması ilə əlaqədar Daxili İşlər Nazirliyi tərəfindən aparılan reydlər zamanı Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında nəzərdə tutulmayan fəaliyyət sahələrə aid olan bir sıra vergi ödəyicilərinin obyektlərinin fəaliyyət göstərməsi halları müəyyən edilib. Bu halların araşdırılması məqsədilə Nazirlər Kabineti vasitəsilə İqtisadiyyat Nazirliyinə və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ("ASAN xidmət") müraciət edilib. Aparılan araşdırmalarla müəyyən edilən hallar üzrə ilkin mərhələdə bir sıra vergi ödəyicilərinin icazələrinin məhdudlaşdırılması nəzərdə tutulur.
Aparılan məhdudlaşmalar barədə vergi ödəyicilərinin vaxtında məlumatlandırılması məqsədilə Dövlət Vergi Xidməti tərəfindən həmin icazələri almış şəxslərin elektron kabinetlərinə bildirişlər və vergi orqanlarında mövcud olan mobil telefon nömrələrinə məlumat xarakterli SMS-lər göndərilib. Müvafiq xəbərdarlıq məlumatı almış vergi ödəyiciləri 2 gün ərzində öz uçot məlumatlarını Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında nəzərdə tutulan fəaliyyətinə icazə verilən sahələrə aid olduqları halda dəqiqləşdirməli, habelə fəaliyyətinə icazə verilən sahələrə aid olmayan vergi ödəyiciləri mühafizə və texniki təhlükəsizliklə bağlı işçilərinin sayı barədə Dövlət Vergi Xidmətinə məlumat verməlidirlər. Belə məlumatı təqdim etməyən, habelə uçot məlumatlarını dəqiqləşdirməyən vergi ödəyiciləri üzrə aktiv icazələrin ləğv edilməsi ilə bağlı məlumatlar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə göndəriləcək.
Eyni zamanda, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən vergi ödəyicilərinin uçot-baza məlumatları üzrə araşdırmalar davam edir. Bu araşdırmalar nəticəsində müəyyən edilib ki, bir sıra vergi ödəyicilərinin mövcud uçot məlumatları, əsas və əlavə fəaliyyət istiqamətləri, obyektlərinin müvafiq qaydada uçota qoyulması ilə bağlı mövcud məlumatlarında qeyri-dəqiqliklər vardır və xəbərdarlıq edilməsinə baxmayaraq, bu günə qədər həmin məlumatlarının dürüstləşdirilməsi həyata keçirilməyib. Fəaliyyətinə icazə verilməyən sahələrdə çalışan və uçot məlumatlarını dəyişməklə icazələr sistemində qeydiyyatdan keçməyə cəhd edən vergi ödəyiciləri müəyyən edilərsə, onların icazələri ləğv ediləcəkdir. Bəzi hallarda isə faktiki fəaliyyətləri icazə verilən sahələrə aid olmasına baxmayaraq, bir sıra sahibkarların uçot baza məlumatlarında mövcud olan qeyri-dəqiqlik onların icazələr sistemində aktivləşdirilməsi imkanlarını məhdudlaşdırır. Bu baxımdan sahibkarlar uçot məlumatlarına diqqətlə yanaşmalı, mövcud olan çatışmazlıqları aradan qaldırmalıdırlar.
Məlumat üçün bildirilir ki, "icaze.e-gov.az" vasitəsilə iyulun 17-ə 71.103 sahibkarlıq subyektinə 731.943 icazə verilib.
Sahibkarlıq subyektləri yarana biləcək suallarla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsindəki elektron kargüzarlıq sistemi vasitəsilə müraciət edə bilərlər.
Xüsusi karantin rejimi dövründə icazələrin alınması ilə bağlı əlavə məlumatı İqtisadiyyat Nazirliyinin və Dövlət Vergi Xidmətinin rəsmi saytlarında yaradılmış xüsusi səhifələr vasitəsilə əldə etmək mümkündür:
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 21 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

İpoteka krediti qaydaları dəyişdi

Azərbaycanda ipoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edilib. xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondu məlumat yayıb. Dəyişikliyə əsasən, Fondun satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsind

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir

Sahibkarların iştirakı ilə "44" bədii filminin xüsusi nümayişi keçirildi - FOTOLAR

Oktyabrın 28-də Marsol Group və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı, sahibkarların iştirakı ilə 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərə həsr olunan "44" bədii filminin xüsus

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Alimentin artırılması boşanmaların sayına necə təsir edəcək?

2027-ci il yanvarın 1-dən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması təklif olunur. Bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsind

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi


azerbaycan xeberleri son xeberler yeni xeberler en son xeber sonxeber az şou biznes xəbərləri metbuat