Xələf Xələfov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etdi

Xələf Xələfov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etdiAzərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Səmərqənd şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirlərinin məhdud tərkibdə keçirilən iclasında çıxış edib.
Bu barədə KONKRET.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Nazir müavini çıxışında ölkəmizin MDB çərçivəsində qarşılıqlı faydalı tərəfdaşlığa və hökumət başçıları, o cümlədən xarici işlər nazirlikləri səviyyəsində məhsuldar qarşılıqlı fəaliyyətin davam etdirilməsinə əhəmiyyət verdiyini diqqətə çatdırıb.
MDB-nin qarşılıqlı fəaliyyət məsələləri ilə yanaşı, müasir dünyada təhlükəsizlik və yeni çağırış və təhdidlərə qarşı mübarizənin aktual məsələlərinin müzakirə olunduğu siyasi məsləhətləşmələr mexanizmi olduğu çıxış zamanı bildirilib. Mövcud çətin beynəlxalq şəraitdə MDB ölkələrinin xüsusən təhsil, elm, mədəniyyət, səhiyyə, gənclər və idman sahələrində əməkdaşlığı genişləndirməkdə davam etdirdiyi diqqətə çatdırılıb.
Nazir müavini daha sonra Azərbaycanın keçmiş münaqişənin nəticələrinin aradan qaldırılması, o cümlədən ölkəmizin regionda sülh və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində davam edən səylərindən, Azərbaycan hökuməti tərəfindən işğaldan azad edilmiş ərazilərin genişmiqyaslı bərpası və inkişafı məqsədilə həyata keçirdiyi layihələrdən, erməni əsilli əhalinin reinteqrasiyası prosesindən bəhs edib.
Azərbaycan tərəfindən atılan müsbət addımların fonunda Ermənistanın əksinə vəziyyəti gərginləşdirməkdə davam etdiyini bildirən nazir müavini qarşı tərəfin müxtəlif təxribat xarakterli hərəkətlərdən istifadə etməklə Azərbaycanın və bütövlükdə beynəlxalq ictimaiyyətin iki ölkə arasında sülhün bərqərar olması və münasibətlərin normallaşdırılması istiqamətində ardıcıl səylərini sarsıtmaq cəhdlərindən söz açıb. Bu xüsusda, nazir müavini aprelin 11-də Ermənistanın Gorus rayonunun Dığ kəndi istiqamətindən Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan Respublikasının Laçın rayonu ərazisindəki Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutması nəticəsində Azərbaycan Ordusunun hərbçilərinin şəhid olduğunu və yaralandığını bildirib.
Nazir müavini beynəlxalq ictimaiyyətin sülh sazişi üzrə danışıqlara dair ciddi çağırışları fonunda Ermənistanın bu kimi təxribatlarının sülh prosesində maraqlı olmadığının bariz nümunəsi olduğunu iclas iştirakçılarının diqqətinə çatdırıb.
Çıxışında Laçın yolunun guya Azərbaycan tərəfindən bağlanması ilə bağlı erməni tərəfinin fərziyyələri ilə bağlı məsələyə aydınlıq gətirən nazir müavini Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni istismarı, bu sərvətlərin Ermənistana daşınması və sırf humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolundan sui-istifadə hallarının yolverilməz olduğunu vurğulayıb. Suveren Azərbaycan ərazilərində bu kimi fəaliyyətlərin Azərbaycan dövlətinin təhlükəsizliyinə və bütövlüyünə ciddi təhlükə yaratdığını bildirib.
Bu xüsusda, nazir müavini Azərbaycanın Ermənistandan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının, eləcə də Praqa və Soçi razılaşmalarının bütün müddəalarının, xüsusən də qeyri-qanuni erməni silahlı birləşmələrinin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindən çıxarılmasının təmin olunması, habelə nəqliyyat kommunikasiyalarının açılması, dövlət sərhədinin delimitasiyası ilə bağlı danışıqlar prosesinin davam etdirilməsi və iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində real addımlar atmasını gözlədiyini vurğulayıb.

Siyasi       Tarix: 15 aprel 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla


azerbaycan xeberleri son xeberler yeni xeberler gunun xeberleri kriminal siyaseti xeberler bugun krminal bu gun