Xərçəngin müalicəsində yeni bitki - Şöhrəti ABŞ-yə qədər yayıldı

Xərçəngin müalicəsində yeni bitki - Şöhrəti ABŞ-yə qədər yayıldıŞərqi Anadolunun yüksək yaylalarından toplanan və xalq arasında "ışkın", "ırgın" və ya "uçkun" kimi tanınan bu bitki, xərçəngin müalicəsində perspektivli təsiri ilə dünya tibb ictimaiyyətinin diqqətini cəlb edib. Təbii şəraitdə yetişən bu bitki artıq yalnız regional dəyər deyil – beynəlxalq sağlamlıq resursuna çevrilməkdədir. Bu bitkinin latın dilində adı "Rheum ribes"dir.
KONKRET.az esaglam.az-a istinadən xəbər verir ki, Atlanta Universitetində aparılan tədqiqatlar ışkının tərkibindəki maddələrin xərçənglə mübarizədə təsirli ola biləcəyini göstərib. Bu nəticələr bitkinin yalnız xalq təbabətində deyil, həm də müasir tibbdə istifadə olunma ehtimalını gücləndirib. Həmin araşdırma ışkını qlobal sağlamlıq gündəminə gətirib və onun ABŞ də daxil olmaqla bir çox ölkədə maraqla qarşılanmasına səbəb olub.
Sağlamlığa faydaları nədir?
Işkın yüksək miqdarda C vitamini ilə yanaşı, A, B1, B2, E və K vitaminləri ilə də zəngindir. Bu bitki təravətli şəkildə istehlak edildikdə həzmi asanlaşdırır, ürəkbulanmanı aradan qaldırır və immun sistemini gücləndirir. Qripal infeksiyalar və hərarətə qarşı da faydalı təsirləri ilə tanınır. Yerli əhali illərdir müxtəlif xəstəliklərin müalicəsində bu bitkidən istifadə edir və son araşdırmalar bu ənənəvi biliklərin elmi əsaslarını ortaya qoyub.
Tələbat artır, qiymətlər dəyişir
Ərzincanda uzun illərdir dağlardan ışkın toplayıb satan yerli sakinlərdən biri, İsa Kurt bildirir ki, bu bitkiyə son dövrlərdə maraq əhəmiyyətli dərəcədə artıb. Təkcə Şərqi Anadolu bölgəsindən deyil, Türkiyənin qərb bölgələrindən də alıcılar gəlir. Tələbat artdıqca, satışlar da artır, amma yaxın vaxtlarda məhsul bolluğu səbəbilə qiymətlərin nisbətən aşağı düşəcəyi gözlənilir.
Sağlamlıq sirlərinin sərhədləri aşması
Bir vaxtlar yalnız dağ kəndlərinin təbii sərvəti olan ışkın, indi beynəlxalq tibb dairələrinin maraq göstərdiyi bir müalicə vasitəsinə çevrilib. Xərçəng müalicəsində potensialı ilə bağlı aparılan araşdırmalar bu bitkini sadəcə lokal deyil, qlobal bir sağlamlıq ümidinə çevirib. Hazırda yerli əhali ışkını daha intensiv şəkildə yığaraq həm iqtisadi, həm də tibbi baxımdan bu fürsətdən yararlanmağa çalışır.

Sağlamlıq       Tarix: 21 aprel 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qrip və viruslar yayılır: Özümüzü necə qoruyaq? – Həkimdən AÇIQLAMA

Havaların soyuması ilə ölkədə bir sıra yolxucu respirator viruslara yoluxma halları da artır. Bu isə cəmiyyətdə narahatlıqların yaranmasına səbəb olur. Bəzən insanlar qrip və digər bu kimi virusları o qədər kəskin keçirirlə

Payızda bu təhlükə hər kəsi gözləyir? - Professor səbəbləri açıqladı

Payız aylarında havaların soyuması, günəşli günlərin azalması və mövsümi xəstəliklərin yayılması sağlamlığın qorunmasını daha da aktuallaşdırır. Bu dövrdə bir çox insan orqanizmdə vitamin və mineral çatışmazlığını müəyyənləşdirmək

Şirniyyat və kərə yağında gizli təhlükə? – Diqqətli olun

Palma yağı bizi zəhərləyir? Azərbaycanda bu yağın kərə yağı və şirniyyatların tərkibinə qatılması ilə bağlı müzakirələr səngimir. Bəs palma yağı həqiqətən təhlükəlidirmi, yoxsa əsas problem onun hansı formada istifadə olunmasındadır?

Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar

Baş ağrısından tutmuş soyuqdəyməyə qədər bir çox insan narahatlıq hiss edən kimi dərmana üz tutur. Bəziləri həkim məsləhəti olmadan aptekdən aldığı preparatları günlərlə, hətta aylarla qəbul etsə də, gözlədiyi nəticəni əld

Meyvə alarkən bu məqama diqqət edin – Sağlamlığınız təhlükədədir

Meyvə və tərəvəzlər sağlam qidalanmanın əsasını təşkil etsə də, mövsümündə yetişməyən məhsulların istehlakı ilə bağlı suallar tez-tez gündəmə gəlir. Xüsusilə istixanalarda yetişdirilən və xaricdən gətirilən məhsulların tərkibi

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

"Aquşa" ilə bağlı xoşagəlməz fakt - XƏBƏRDARLIQ

Uşaqlar üçün nəzərdə tutulan populyar süd məhsulunun körpələr üçün potensial təhlükəli olduğu üzə çıxıb. "Baza" Telegram kanalına istinadən xəbər verir ki, söhbət tərkibində normadan artıq kalsium aşkar edilən "Aquşa"

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

Payızda immuniteti zəiflədən amillər – Özünüzü necə qorumalısınız?

Payızda havaların soyuması, temperaturun tez-tez dəyişməsi və günəşli saatların azalması soyuqdəymə və qrip kimi xəstəliklərin yayılma riskini artırır. Bu dövrdə orqanizmin müdafiə sistemini qorumaq üçün düzgün qidalanmaq


azerbaycan xeberleri yeni xeberler son xeberler en sonxeber krimnal xeber son xeberler bu gun bugunun xeberleri