Xəzər dənizində monitorinq və nəzarət tədbirləri keçirilib
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının birgə iştirakı ilə Xəzər dənizinin sahildən təxminən 3 km məsafədə yerləşən akvatoriyasında monitorinq tədbirləri həyata keçirilib.
Bu barədə ADSEA-dan bildirilib.
Tədbir çərçivəsində müasir cihaz və avadanlıqlar vasitəsilə müxtəlif dərinliklərdən su nümunələri götürülüb, suyun ilkin keyfiyyət göstəricliləri yerində yoxlanılıb.
Bundan əlavə, Xəzər dənizinə sahil zolağında yerləşən müəssisə və təşkilatlar tərəfindən zərərli təsirlərin qiymətləndirilməsi məqsədilə həmin ərazilərə vizual baxış keçirilib. Həmçinin, dənizdən su nümunələri götürülərək tərkibində çirkləndirici maddələrin miqdarının müəyyən edilməsi üçün Mərkəzi Laboratoriyaya təqdim edilib.
Analizlərin nəticələrinə və təhlillərə əsasən suyun fiziki-kimyəvi göstəriciləri, çirklənmə səviyyəsi və ekoloji vəziyyəti qiymətləndiriləcək və nöqsanlar aşkar ediləcəyi təqdirdə təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görüləcək. / azxeber.com
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

17 yaşlı tələbə qız faciəvi şəkildə öldü
Bakıda qadın stəkanla döyüldü
Şahbuzda ağır qəza - 3 nəfər ölüb, 9 nəfər yaralanıb
Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Zəngəzur dəhlizi üçün yeni tarix açıqlandı
Zelenskinin ofisində axtarış aparıldı
Zelenski Rusiyanın zərbələrinə cavab hazırladıqlarını açıqladı
Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO
Meloni İlham Əliyevə təşəkkür etdi
Bir stəkan su ilə dünyaya diplomatiya dərsi - Deputat yazır
Deputatlar məktəb illərini necə xatırlayır? - 'Müəllim məni döyürdü
"Sabah" ev oyunlarını bu stadionda keçirəcək
Şahbuzdakı ağır qəzada ölənlərin FOTOLARI
ABŞ Ermənistanı Azərbaycanla razılığa gəlməyə necə inandıra bilib?
Toydan çıxdı, faciəvi şəkildə öldü - Sürücü tutuldu