Xəzər İbrahim: Torpaqlarımızın işğalı böyük dövlətlərlə münasibətlərimizə təsir edir

Xəzər İbrahim: Torpaqlarımızın işğalı böyük dövlətlərlə münasibətlərimizə təsir edirXəzər İbrahim: Torpaqlarımızın işğalı böyük dövlətlərlə münasibətlərimizə təsir edir
Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim Mərmərə Universitetindəki "Azərbaycan Respublikasının Xarici siyasəti" mövzulu iclasda Azərbaycanın xarici siyasət strategiyası, ona təsir edən daxili və xarici amillər haqqında danışıb.
Səfir Azərbaycanın xarici siyasətinin insan potensialına söykəndiyini, Azərbaycan xalqı tərəfindən müəyyənləşdiyini ifadə edib.
Coğrafiyanın siyasətə təsir etdiyinə diqqət çəkən Xəzər İbrahim Azərbaycanın bir çox sahələrdə dünyanın ən vacib mövqelərindən biri olduğunu vurğulayıb:
"Tarixə baxsaq, Azərbaycan həmişə böyük imperiyaların, böyük dövlətlərin, suveren güclərin, müharibələrin və ya ticari imkanların bölgəsi olub".
Azərbaycan ərazisinin 20 faizini işğal edən Ermənistanın xarici siyasətə təsir edən amillərdən biri olduğunu söyləyən səfir, torpaqları işğal edilməmiş Azərbaycanın indikindən daha fərqli bir vəziyyətdə ola biləcəyini deyib. O, Ermənistanın torpaqlarımızı işğal etməsinin böyük dövlətlərlə Azərbaycan arasındakı münasibətlərə təsir göstərdiyini qeyd edib.
Ölkəmizin Türkiyə ilə "qardaş" münasibətli siyasət həyata keçirdiyini qeyd edən səfir Türkiyənin Suriyada yürütdüyü Barış Pınarı Hərəkatına ən böyük dəstək verən ölkələrin başında Azərbaycanın olduğunu vurğulayıb:
"Azərbaycan hökuməti rəsmi olaraq Türkiyəni dəstəkləyən üç ölkədən biri oldu. Türk dünyasında sadəcə Azərbaycan bunu rəsmi olaraq etdi".
Səfir Türkiyənin də Qarabağın işğalı mövzusunda hər zaman Azərbaycanın yanında olduğunu qeyd edib:
"Azərbaycanla Türkiyə arasında heç bir fikir ayrılığı, problem yoxdur".
Mərmərə Universitetinin rektoru professor Erol Özver də Azərbaycanın xarici siyasətinin dünya sülhünə önəmli  töhfələr verəcək ölkələr üzərində qurulduğunu söyləyib.  /oxu.az

Siyasi       Tarix: 15 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

Prezidentin sosial media hesablarında ADEX sərgisindən görüntülər paylaşıldı

Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb. xəbər verir ki, paylaşımda qeyd edilib:. "Bakı Ekspo Mərkəzində "ADEX 2026"

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxal

AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

"Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşvi

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə

İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb


yeni xeberler azerbaycan xeberleri son xeberler ən son xəbərlər cəbhədən son dəqiqə son xabar son xeberler azerbaycan