Xəzərdə minlərlə quş kütləvi şəkildə ölüb? - AÇIQLAMA
Xəzərdə minlərlə quş kütləvi şəkildə ölüb? - AÇIQLAMA
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) İranın şimalında yerləşən Mazandaran vilayətinin Miyankala yarımadasının ətrafında Xəzər dənizində köçəri quşların tələf olması ilə bağlı məsələyə münasibət bildirib.
ETSN-nin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə Oxu.Az-a açıqlamasında bildirib ki, Azərbaycanda Xəzər dənizi ilə sərhəd olan ərazilərə baxış keçirilib:
"Azərbaycanda belə halın olmadığı qeydə alınıb. Hazırda monitorinq qrupu yaradılıb, ərazilər ciddi təftiş olunur. Ciddi araşdırma aparılması tapşırılıb ki, belə hal olarsa, quş cəsədləri götürülsün və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin baytarlıq nəzarəti analizinin aparılması üçün təqdim edilsin. Nəticədə, onların hansı səbəbdən tələf olduğu müəyyən edilsin".
"Qışda quşların tələf olması istisna deyil. Çünki qış aylarında müxtəlif səbəblərdən quş və heyvanların ölümü baş verə bilər", - deyə direktor qeyd edib.
Xatırladaq ki, İranın şimalında yerləşən Mazandaran vilayətinin Miyankala yarımadasının ətrafında Xəzər dənizində 5 min 950 ədəd köçəri quş qeyri-adi şəkildə tələf olub. Bu quşlar qaşqaldaq, ördək və flaminqodur.
İlhamə Əbülfət /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb