Xidmətin əfsanəsi yenidən sizinlə - Megastore market
"Business Insider" Beynəlxalq Araşdırma Qrupunun hələ iki il əvvəl apardığı araşdırmalara əsasən müəyyən edilib ki, ölkə üzrə ən aşağı xidmət səviyyəsi supermarket sahəsində qeydə alınıb.
Ölkəmizdə ən çox inkişafa ehtiyac olan sahələrdən biri supermarketlərdə olan xidmət keyfiyyətidir. Elə bu amili nəzərə alaraq, Azərbaycanın pərakəndə sektorunda üstün xidmət keyfiyyətinə görə xüsusi fərqlənən və geniş müştəri kütləsinə malik Megastore marketlər şəbəkəsi yenidən müştərilərə nümunəvi xidməti ilə geri qayıdır.
Xidməti heyətin müştərilərlə xoş rəftarı və yüksək standartlardan xəbər verən xidmət səviyyəsi Megastore marketi müştərilər üçün əvəzolunmaz edən əsas xüsusiyyətdir.
6 avqust tarixində Bakıxanov, Muxtar Fətəliyev küçəsi 1001 (Park Plyus 1-ci mərtəbə) ünvanında 1700 kvm-lik market ilə açılışı olan Megastore xidmətinin daha üstün formasını yaradaraq, 20 000 çeşidə yaxın mal növü ilə müştərilərə keyfiyyətli innovativ məhsullar təklif edir.
Marketin açılışı ilə əlaqədar 40 gün ərzində xüsusi güzəştli məhsullar təqdim olunacaq ki, müştərilər həm sərfəli qiymətə məhsul əldə edəcək həm də hər zaman peşəkar xidmətlə qarşılanacaqdır.
Megastore marketin açılışı Grandmart və Bolmart marketlərinin rəhbərləri Turan Özbahceci və Eşqin İsmayıllı tərəfindən həyata keçirilib. Marketin yenidən fəaliyyətə açılmasında əsas məqsəd yüksək səviyyəli xidmət standartlarının və müştəri məmnuniyyətinin təmin edilməsi ilə geniş alıcı kütlələrinə xitab etməkdir.

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR