XİN: "Azərbaycan fundamental prinsiplərin müdafiəsində ATƏT-in dəstəyinə və həmrəyliyinə arxalanır

XİN: "Azərbaycan fundamental prinsiplərin müdafiəsində ATƏT-in dəstəyinə və həmrəyliyinə arxalanırXİN: "Azərbaycan fundamental prinsiplərin müdafiəsində ATƏT-in dəstəyinə və həmrəyliyinə arxalanır"
Azərbaycan Xarici İşlər Nazirliyi Helsinki Yekun Aktının imzalanmasının 45-ci ildönümü ilə əlaqədar bəyanat yayıb. 
Oxu.Az-ın məlumatına görə, bəyanatda deyilir: 
"1 avqust Helsinki Yekun Aktının imzalanmasının 45-ci ildönümü günüdür. 45 ildən sonra Akt və orada təsbit olunmuş dövlətlərarası münasibətləri idarə edən on prinsip qaydalara əsaslanan Avropa nizamının təməli olaraq qalmaqdadır. Onlar heç bir şəkildə yenidən müzakirə, baxılma və ya şərh edilmə mövzusu ola bilməzlər.
Dövlətlərin bir-birlərinə və onların vətəndaşlarına münasibətini tənzimləyən on prinsip, gərginliyin azalmasında əvəzsiz rol oynadı və bütün dövlətlərin bir-birlərinin suverenliyinə, xüsusilə də hər bir dövlətin hüquqi bərabərlik, ərazi bütövlüyü, azadlıq və siyasi müstəqillik hüququna hörmət etməli olduğu ATƏT məkanında əməkdaşlıq və bölünməz bir təhlükəsizlik üçün zəmin yaratdı.
Yekun Akt ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış səhədlərə qarşı təhdid və ya gücdən istifadə edilməməsini dövlətlərarası münasibətlərin əsası kimi müəyyən edir.
Akt ərazi bütövlüyü, dövlətlərin sərhədlərinin toxunulmazlığı və güc tətbiq edilməməsi prinsiplərini elə kodlaşdırır ki, bu prinsiplərin ərazi bütövlüyü təməl normasının əsasında formalaşdığı və buna görə də beynəlxalq hüquq çərçivəsində bir-biri ilə ayrılmaz şəkildə bağlı olduğu vurğulanır.
Akt dövlətlərin ərazilərini beynəlxalq hüquq normalarına zidd olaraq hərbi işğal obyekti və ya digər birbaşa və ya dolayı güc tədbirləri və ya belə tədbirlər vasitəsilə ərazilərin əldə edilməsini qadağan edir. Helsinki Yekun Aktına əsasən, heç bir işğal və ərazilərin əldə edilməsi qanuni qəbul edilmir.
Helsinki Yekun Aktının on Prinsipi bir-birini tamamlayır və onlar bir-birini nəzərə almaqla tam, bərabər və qeyd-şərtsiz tətbiq olunmalıdır. Səbəbsiz deyildir ki, Akt bərabər hüquqlar və xalqların öz müqəddəratını təyin etmə hüquqlarını beynəlxalq hüququn normalarına, xüsusən də dövlətlərin ərazi bütövlüyünə hörmət ilə birmənalı olaraq şərtləndirir.
Helsinki Yekun Aktının təməl prinsiplərinin xüsusilə münaqişənin həlli kontekstində yanlış şərh edilməsi və ya selektiv şəkildə tətbiqi, münaqişənin nizamlanmasına mane olur və ATƏT məkanına inam və etimadın pozulmasına gətirib çıxarır.
Bu kontekstdə təməl prinsiplərinin tətbiqində ikili standartların hər hansı təzahürünün aradan qaldırılması hər zamankından daha vacibdir.
ATƏT dövlətləri tərəfindən tənzimlənən bütün münaqişələr, istisnasız olaraq, Helsinki Yekun Aktında təsbit edilmiş beynəlxalq hüququn norma və prinsipləri əsasında, zərər çəkmiş dövlətlərin beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə tam hörmət əsasında həll edilməlidir".
"Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk günlərdən etibarən suverenliyinə və ərazi bütövlüyünə birbaşa təhlükə ilə üzləşmişdir və buna görə də ATƏT-ə və xüsusən də Helsinki Yekun Aktında əksini tapmış prinsip və öhdəliklərinə xüsusi əhəmiyyət verir. Bu Akt 1993-cü ildə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi (822, 853, 874 və 884) ilə yanaşı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün əsas təşkil edir.
Azərbaycan Respublikası Helsinki Yekun Aktının imzalanmasının 45-ci ildönümünü təntənəli şəkildə yad edir və öz suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq sərhədlərinin toxunulmazlığını bərpa etmək səylərində Akta güvənməkdə davam edir.
Azərbaycan Helsinki Yekun Aktının bu fundamental prinsiplərinin müdafiəsində ATƏT iştirakçı dövlətlərin dəstəyinə və həmrəyliyinə arxalanır", - deyə XİN-dən qeyd edilib. 

Siyasi       Tarix: 31 iyul 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul çıxarmasını qadağan edib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayara


son xeberler azerbaycan xeberleri yeni xeberler metbuat bu gune olan xeberler son xeber.az krminal bu gun