XİN Azərbaycan-Rusiya danışıqları barədə məlumat yaydı
İyulun 6-9-da Bakı şəhərində xarici işlər nazirinin müavini, Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfovun və Azərbaycan-Rusiya birgə demarkasiya Komissiyasında Rusiya nümayəndə heyətinin rəhbəri A.A.Bilyalitdinovun rəhbərliyi ilə Azərbaycan-Rusiya birgə demarkasiya Komissiyasının doqquzuncu iclası keçirilib.
Bu barədə Azxeber.com-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
İclasda demarkasiya prosesinin davam etdirilməsi ilə bağlı məsələlər müzakirə edilmiş, çöl demarkasiya işlərinin aparılması və təşkil edilməsi üçün lazimi olan sənədlər təsdiq edilib. Sərhəd nişanlarının quraşdırılması Azərbaycan-Rusiya birdə demarkasiya Komissiyasının 2021-ci il üçün İş Planına müvafiq olaraq davam etdiriləcək.
Demarkasiya işlərinin aparılması zamanı hər iki dövlət tərəfindən işlərin konstruktiv və ardıcıl həyata keçirilməsi qeyd olunub.
Görüş mehriban qonşuluq və konstruktiv dialoq ruhunda keçirilib.
Birgə Komissyanın növbəti iclası Rusiya Federasiyası ərazisində keçiriləcəkdir. Onun keçirilmə tarixləri diplomatik kanallar vasitəsilə razılaşdırılacaqdır.

Seymur Cəfərov vəfat etdi
Prezident Canni İnfantinonu qəbul etdi
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR