XİN Azərbaycanın Avropa İttifaqından yeni gözləntilərini açıqladı

XİN Azərbaycanın Avropa İttifaqından yeni gözləntilərini açıqladıXİN Azərbaycanın Avropa İttifaqından yeni gözləntilərini açıqladı
"Azərbaycan Avropa İttifaqı ilə münasibətlərinin ikitərəfli ölçüsünə üstünlük verir və qurumla əməkdaşlığını öz prioritetləri və maraqları əsasında qurur".
Bunu Report-a Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva deyib.
Ukrayna, Gürcüstan və Moldovanın Xarici İşlər nazirlərinin Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Avropa Komissiyasına Avropa İttifaqının (Aİ) 2021-2027-ci illər üzrə maliyyə perspektivi çərçivəsində "Şərq Tərəfdaşlığı" regionlarına maliyyə dəstəyi verilməsi ilə bağlı birgə müraciətini şərh edən XİN sözçüsü vurğulayıb ki, rəsmi Bakı ittifaqla əməkdaşlığın davam etdirilməsində maraqlıdır.  
"Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskun iştirakı ilə 2018-ci ilin iyul ayında Brüsseldə paraflanan və sonrakı aylarda qüvvəyə minən Azərbaycan - Avropa İttifaqı Tərəfdaşlıq Prioritetləri sənədi Aİ-nin 2018-2020-ci illərdə Azərbaycana maliyyə dəstəyinin hədəflərini təsbit edib.
Azərbaycan tərəfi qeyd olunan hədəflər üzrə işin davam etdirilməsində maraqlıdır və ümid edir ki, Avropa İttifaqının gələcək maliyyələşmə alətləri həmin prioritetlərin qurum tərəfindən həyata keçirilməsinə töhfə verəcək", - L.Abdullayeva bildirib.
O qeyd edib ki, Avropa İttifaqının "Şərq Tərəfdaşlığı"nın gələcəyi ilə bağlı tərəfdaş ölkələrdə dövlət, vətəndaş cəmiyyəti və işgüzar dairələrin iştirakı ilə genişmiqyaslı ictimai müzakirələr aparıb:
"Azərbaycan bu gün Avropa İttifaqının enerji sahəsində strateji və etibarlı tərəfdaşıdır. Ölkəmiz bu münasibətlərini regional təhlükəsizlik çağırışlarının aradan qaldırılması sahəsində əks etdirmək marağındadır.
Eyni zamanda, Şərq-Qərb və Cənub-Qərq istiqamətlərində regional nəqliyyat layihələrini həyata keçirməklə Azərbaycan Avropa İttifaqının Mərkəzi Asiya və uzaq Şərq ölkələri ilə nəqliyyat bağlantılarının yaradılması strategiyasının reallaşdırılmasında müstəsna rola malikdir. Bu səbəbdən, enerji sahəsi ilə yanaşı, Avropa İttifaqı ilə həm siyasi-təhlükəsizlik, həm də nəqliyyat mövzuları üzrə ayrıca dialoq alətləri yaradılmaqdadır".  /oxu.az

Siyasi       Tarix: 20 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul çıxarmasını qadağan edib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayara

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Kasparov ABŞ-da öldürülməsi planından danışdı: "Bu, mənim üçün şok oldu"

Harri Kasparov Rusiyanın hakimiyyət orqanlarının ABŞ-da onun öldürülməsinə hazırlıq görməsi barədə xəbəri "şok" kimi qiymətləndirib. xəbər verir ki, siyasətçinin sözlərinə görə, onun və "Azad Rusiya Forumu"nu

İlham Əliyev Si Cinpini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli cənab Sədr,. 1 Oktyabr – Çin Xalq Respublikasının Yaranması Günü münasibətil

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın


yeni xeberler azerbaycan xeberleri son xeberler axsam.az xeberler krimnal xeber bugünkü son xəbərlər xeber.az bu gun