XİN başçısının müavini Xorvatiyada işgüzar səfərdə olub

XİN başçısının müavini Xorvatiyada işgüzar səfərdə olub27-29 iyun 2024-ci il tarixlərində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Xorvatiyada keçirilən Dubrovnik Forumunda iştirak etmək məqsədilə, bu ölkədə işgüzar səfərdə olub.
Səfər çərçivəsində nazir müavini Elnur Məmmədov Forumun "Liderlər Paneli. Nöqtələrin birləşdirilməsi: Etibarlı Təchizat Zəncirləri və Dəniz Təhlükəsizliyi" panelində çıxış edib. Elnur Məmmədov çıxışında ölkəmizin son 30 ildə həyata keçirdiyi irimiqyaslı enerji layihələri, tranzit imkanlarının inkişaf etdirilməsi barədə danışıb.
Bu barədə azxeber.com-a Xarici İşlər Nazirliyindən bildirilib.
Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyini xatırladan nazir müavini, Azərbaycan tərəfinin xarici tərəfdaşlarla bərpa olunan enerji sahəsinin inkişafı və ötürülməsi istiqamətində əməkdaşlığı, o cümlədən "Qara dəniz sualtı kabeli" layihəsi barədə məlumat verib.
Səfər zamanı, həmçinin bir sıra ikitərəfli görüşlər keçirilib. Xorvatiyanın xarici və Avropa işləri nazirinin müavini Frano Matuşiç ilə keçirilmiş görüşdə, Azərbaycan və Xorvatiya arasında ikitərəfli əməkdaşlığın gündəliyində duran aktual məsələlər, o cümlədən iki ölkə arasında siyasi dialoqun intensivləşdirilməsi, iqtisadiyyat, ticarət, nəqliyyat, enerji, mədəniyyət, humanitar, minatəmizləmə və s. sahələr üzrə əməkdaşlığın inkişaf etdirlməsi məsələləri müzakirə olunub. Bu xüsusda, əlaqələrin daha da genişlənməsi istiqamətində mövcud potensialdan istifadənin zəruriliyi vurğulanıb.
Nazir müavini Elnur Məmmədov post-münaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi və sülh gündəliyinin irəli aparılması istiqamətində görülən işlər, eləcə də işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq barədə qarşı tərəfi məlumatlandırıb.
Bununla yanaşı Elnur Məmmədovun, Xorvatiyanın Daxili İşlər Nazirliyinin Mülki Müdafiə İdarəsinin rəhbəri Damir Trut ilə də görüşü keçilib. Görüşdə, Azərbaycan-Xorvatiya münasibətlərinin bir çox sahələrdə, xüsusilə də ölkəmiz üçün priotitet olan humanitar minatəmizləmə sahəsində uğurla inkişaf etdiyi vurğulanıb, bu istiqamətdə gələcək inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Minatəmizləmə sahəsində ixtisaslaşmış Xorvatiya şirkətləri ilə ANAMA arasında əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsinin vacibliyi vurğulanıb.
Nazir müavini həmçinin Xorvatiyanın dövlət televiziyası HRT1-ə müsahibə verib.

Siyasi       Tarix: 30 iyun 2024
f Paylaş

Oxşar xəbərlər

ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri. 8 Noyabr – Zəfər Günü münasibətilə Zati-aliniz

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov

Asiyada NATO-nun analoqu olan hərbi alyans yaratmaq istəyirlər. axaraz-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Asiyada NATO modelində hərbi-siyasi blokun yaradılması artı

Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı

Son zamanlar İran vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsassız ittihamların, təhqiramiz ifadələrin, eləcə də qanunsuz çağırışların artdığı müşahidə olunur. Müxtəli

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib


azerbaycan xeberleri son xeberler yeni xeberler valyuta mezenesi axsam.az xeberler hava cəbhədən son durum