XİN-dən Beynəlxalq Böhran Qrupunun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hesabatına MÜNASİBƏT

XİN-dən Beynəlxalq Böhran Qrupunun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hesabatına MÜNASİBƏTXİN-dən Beynəlxalq Böhran Qrupunun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hesabatına MÜNASİBƏT
Öncə qeyd etmək istərdim ki, biz əlbəttə ki, Beynəlxalq Böhran Qrupunun (BBQ) Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vacib məsələləri gündəmdə saxlamasını alqışlayırıq. Əslində, BBQ hazırladığı son hesabatında yeni hər hansı bir məsələyə toxunmur; illərdir ki, Azərbaycan tərəfindən qaldırılan, danışıqlar prosesində müzakirə obyekti olan mühüm mövzulara diqqət ayırır.
Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib. 
Beynəlxalq Böhran Qrupunun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırladığı son hesabatına münasibət bildirən XİN rəsmisi vurğulayıb:
"Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarında işğalçı Ermənistan tərəfindən qeyri-qanuni məskunlaşdırma siyasətinin həyata keçirildiyi dəfələrlə tərəfimizdən beynəlxalq müstəvidə, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan tərəfi ilə keçirilən görüşlərdə qaldırılıb. Ermənistanın beynəlxalq hüquq ödəliklərinə zidd olaraq, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının müddəalarını pozaraq Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirdiyi qanunsuz məskunlaşma siyasəti bu günədək ölkəmizin işğal olunmuş ərazilərinə baş tutmuş ATƏT-in beynəlxalq fakt-araşdırıcı missiyalarının hesabatlarında da öz əksini tapıb. Belə ki, həm ATƏT-in 2005-ci il fakt-araşdırıcı missiyası, həm də 2010-cu il sahə qiymətləndirmə missiyası işğal olunmuş ərazilərimizdə qanunsuz məskunlaşma siyasətinin həyata keçirildiyini təsdiq edib. BBQ də son hesabatın ölkəmizin işğal olunmuş ərazilərində bu qeyri-qanuni fəaliyyətin davam etdirildiyini qeydə alır. Onu da bildirmək istərdik ki, Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşdırma siyasətinin həyata keçrilməsinin hüquqi sübutu, Avropa İnsan Hüquqları Məhkəməsinin "Çıraqov və digərləri Ermənistana qarşı" işi üzrə qəbul etdiyi 2015-ci il qərarıdır. Azərbaycanın Laçın rayonundan məcburi qovulmuş Azərbaycan vətəndaşlarının xeyrinə qəbul olunmuş bu qərarda bu ərazilərdə hazırda həyata keçirilən məskunlaşma məsələsi də öz əksini tapır. Əlbəttə, Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həlli istiqamətində addımlar atıldıqdan sonra, bu məsələ də öz həllini tapacaqdır. O zamanadək Azərbaycan bu məsələləri ardıcıl şəkildə müvafiq beynəlxalq çərçivələrdə qaldıracaq.
İşğal olunmuş ərazilərdə beynəlxalq sülh missiyasının yerləşdirilməsi və ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma qrupunun (HLPG) bu xüsusda roluna gəldikdə isə qeyd etmək istərdik ki, işğal olunmuş ərazilərdə yaşayan əhalinin, o cümlədən azərbaycanlı və erməni icmalarının təhlükəsizliyi məsələsi bizim üçün önəmlidir. Biz bu səbəbdən ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən müvafiq beynəlxalq ekspertlərin iştrakı ilə riskin qiymətləndirilməsi missiyasının həyata keçirilməsinin tərəfdarıyıq.
Hesabatda qaldırılan status məsələsinə gəldikdə isə, xatırlatmaq lazımdır ki, ümumilikdə status məsələsi Azərbaycanın milli qanunvericiliyi və BMT Nizamnaməsi və Helsinki Yekun Aktında əks olunan fundamental norma və prinsiplərə əsaslanan BMT Təhlükəsizlik Şurasının qətnamələri də daxil olmaqla beynəlxalq hüquq çərçivəsində artıq müəyyən olunub. Bu xüsusda hər zaman ifadə etdiyimiz mövqeyimiz dəyişilməz olaraq qalır. Münaqişənin həlli istiqamətində işğal olunmuş torpaqlarımızdan erməni sialhlı qüvvələri çıxarıldıqdan və öz torpaqlarından didərgin salınmış azərbaycanlılar evlərinə geri qayıtdıqdan sonra, gələcək mərhələdə bölgənin statusunun konkret şəkildə müəyyənləşdirilməsi məsələsinə hər iki icmanın iştirakı ilə baxıla bilər.
Sonda vurğulamaq istərdim ki, bu məsələlər münaqişənin həlli prosesi çərçivəsində, ATƏT-in müvafiq qərarlarına, habelə hər hansı vaxt məhdudiyyəti olmayan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq tənzimlənməlidir. Beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hesabatlarında nəzərə almalıdırlar ki, münaqişənin həllinin hüquqi əsasını təşkil edən qərar və qətnamələrin, birinci növbədə isə BMT TŞ qətnamələrinin yerinə yetirilməsi zəruridir. Onların yerinə yetirilməsi isə yalnız zaman məsələsidir". /oxu.az

Siyasi       Tarix: 22 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev Ərdoğana məktub ünvanladı

Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana Demokratiya və Milli Birlik Günü münasibətilə məktub ünvanlayıb. -un məlumatına görə, təbrikdə deyilir:. "Hörmətli cənab Prezident,. Əziz Qardaşım,

İlham Əliyevlə Merts mətbuat konfransı keçirir

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Federal Kansleri Fridrix Merts Berlində mətbuat konfransı keçirirlər. xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

Hikmət Hacıyevdən Turala diplomatiya və media dərsi - Hacıbəy Heydərli yazır

Hacıbəy Heydərli, . Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Almaniyada "Azad söz" kanalının rəhbəri, bloqer Tural Sadıqlıy

Ceyhun Bayramov: Rusiya ilə münasibətlər tam normallaşıb

Yaxın keçmişdə ikitərəfli münasibətlərimizdə müəyyən çətinliklərlə üzləşmişdik. xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransında deyib

Ruslar Putini görmək istəmirlər - NƏTİCƏLƏR AÇIQLANDI

Rusiyada Prezident Vladimir Putinin fəaliyyətini dəstəkləyənlərin sayı son üç ilin ən aşağı səviyyəsinə enib. KONKRET.azxəbər verir ki, Kremlə yaxınlığı ilə tanınan İctimai Rəy Fondunun (FOM) açıqladığı nəticələrə əsasən

Keçmiş müdafiə naziri Fedorovun prezidentlik iddiaları - ŞOK DETALLAR bilindi

Ukraynanın sabiq müdafiə naziri Mihayıl Fedorovun istefasından sonra yaranan siyasi gərginlik fonunda onun gələcək planları müzakirə obyektinə çevrilib. KONKRET.azxəbər verir ki, Britaniyanın nüfuzlu "The Times"

Azərbaycan və Braziliya şəhərsalma sahəsində əməkdaşlığı müzakirə edib - FOTOLAR 

Nyu-Yorka işgüzar səfər çərçivəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Braziliyanın Şəhərlər naziri Antônio Vladimir Moura Lima ilə görüşüb. xəbər verir ki, görüş zamanı Azərbaycan, Braziliya

Türkiyə və Azərbaycan kimi iki ölkəyə veriləcək mesaj yalnız dostluq və qardaşlıqdır

"Türkiyə və Azərbaycan kimi iki ölkəyə veriləcək mesaj yalnız dostluq və qardaşlıqdır" bu sözləri möhtərəm Prezidentimiz cənab İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı bildirib. "Düşünürə

Ceyhun Bayramov Rusiyaya rəsmi səfərə yola düşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiyaya rəsmi səfərə yola düşüb. Bu barədə -a Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Səfər çərçivəsində sabah Rusiyanın xarici işlər nazir


azerbaycan xeberleri son xeberler yeni xeberler azerbaycan son xeber bugun cəbhədən görüntülər xəbər.az ən son xəbər