XİN-dən Paşinyana cavab: Onun söylədikləri öz əhalisini yanıltmaq cəhdindən başqa bir şey deyil
XİN-dən Paşinyana cavab: Onun söylədikləri öz əhalisini yanıltmaq cəhdindən başqa bir şey deyil
Ermənistan baş nazirinin söylədiklərini onun öz əhalisini yanıltmaq cəhdi kimi xarakterizə etmək olar. Bunun başqa cür qiymətləndirilməsi mümkün deyil.
Oxu.Az xəbər verir ki, bu sözləri XİN-in Mətbuat xidməti idarəsinin rəisi L.Abdullayeva Ermənistan Baş naziri N.Paşinyanın Milanda Azərbaycanlı bloqerin sualına cavabının şərh edərkən bildirib.
O, qeyd edib ki, N.Paşinyan növbəti dəfə SSRİ Konstitusiyasına istinad edərək, guya ki, Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Konstitusiya ilə ayrılmaq hüququnun olduğunu iddia edir:
"Öz tərəfimizdən növbəti dəfə xatırladırıq ki, SSRİ Konstitusiyasının 78-ci Maddəsinə əsasən müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməzdi. Eyni zamanda, erməni millətçilərinin DQMV-nin Azərbaycan SSR-dən ayrılmasına yönəlmiş qanunsuz hərəkətləri ilə əlaqədar, SSRİ ali qurumları öz qərarlarında mövcud sərhədlərin dəyişdirilməsinin mümkünsüzlüyünü birmənalı şəkildə təsdiq etmişdi.
Misal üçün, 1990-cı il 10 yanvar tarixində SSRİ Ali Sovetinin Prezidiumunun qəbul etdiyi və Dağlıq Qarabağın Azərbaycan SSR-dən ayrılması cəhdlərinin qanunsuz olduğunu vurğulayan "Ermənistan SSR Ali Sovetinin Dağlıq Qarabağa dair 1 dekabr 1989-cu il və 9 yanvar 1990-cı il tarixli qərarlarının SSRİ Konstitusiyasına uyğun olmaması barədə" qərarı. Bu mövqe, eyni ilə SSRİ Dövlət Şurasının 27 noyabr 1991-ci il qərarı və növbəti gün SSRİ Konstitusiya Nəzarət Komitəsinin qəbul etdiyi qərarda da öz əksini tapdı.
DQMV ermənilərinin birtərəfli qaydada ayrılmasının sovet qanunlarına zidd olduğu bir halda, baş nazirin bunu SSRİ Konstitusiyası ilə əsaslandırmaq cəhdləri öz əhalisini yanıltmaq deyil bəs nədir?
N.Paşinyan DQMV yerli şurasının öz müqəddəratını müəyyən etmək hüququndan istifadə etdiyini qeyd edir, lakin baş nazir Dağlıq Qarabağda 1991-ci ilin 10 dekabrında separatçıların keçirdiyi "müstəqillik referendumunun" muxtar vilayətin hüquqi baxımdan tərkib hissəsini təşkil etdiyi Azərbaycanın razılığı olmadan və bu bölgənin azərbaycanlı əhalisinin iştirakı olmadan keçirildiyini söyləmir.
Xocalı soyqırımını təkzib edərək, bunu yalan adlandıran baş nazir, demək Ermənistandan da daxil olmaqla çoxsaylı müstəqil mənbələr, yerli və beynəlxalq kütləvi informasiya vasitələri və bu faciənin şahidlərinin ifadələrini yalan hesab edir.
Görünür, öz müqəssirliyini utanmadan etiraf edən Ermənistanın o dövrdəki müdafiə naziri və keçmiş prezidenti Serj Sarkisyan xarici jurnalistə müsahibəsində dediyi: "Xocalıdan qabaq azərbaycanlılar düşünürdü ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməyən xalqdır. Biz bu stereotipi sındırdıq" ifadələrdən də N.Paşinyanın xəbəri yoxdur.
Maraqlıdır, öz sələflərindən fərqli olaraq N.Paşinyan beynəlxalq ictimaiyyət qarşısında özünü demokratik dəyərlərin tərəfdarı kimi təqdim edir. Belə olduğu halda, o bunu təsdiq etməli və Azərbaycanın ərazilərinin işğalına son qoymalıdır ki, insanlar öz doğma torpaqlarına geri qayıtsınlar". /oxu.az

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Paytaxtın bu ərazisində ev almaq istəyənlər üçün yeni imkan: illik 8%-dən başlayan güzəştli kredit
Yük maşını aşdı, yol bağlandı