XİN: 'Erməni terrorçusu Sassunyanın həbsdən azad edilməsini pisləyirik
ABŞ-ın Los-Anceles şəhərində 1982-ci ildə Türkiyə diplomatı Kamal Arıkanı qətlə yetirən erməni terrorçu, ASALA üzvü Ambik Sassunyanın həbsdən azad edilməsi qərarını pisləyirik. Bir terrorçunun azadlığa buraxılması təhlükəli olmaqla yanaşı, terrorçuluğun təşviq edilməsinə xidmət edir".
Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva erməni terrorçu Ambik Sassunyanın həbsdən azad edilməsi ilə bağlı sualını cavablandırarkən deyib.
XİN rəsmisi bildirib ki, həbsdə olarkən, 2012-ci ildə "Hay Zinvor" adlı erməni hərbi jurnalına verdiyi müsahibəsində A.Sassunyanın erməni əsgəri olduğu və Azərbaycanın o zaman işğal altında olan Qarabağ ərazisində döyüşməyə hazır olduğunu bildirməsi bu terrorçunun heç də islah olmadığını nümayiş etdirir.
"Ermənistan KİV-də yayılmış məlumata əsasən, bu ölkədə olduğu bildirilən terrorçunun hər hansı şəkildə qəhrəmanlaşdırılması cəhdlərinin qarşısı alınmalıdır", - L.Abdullayeva vurğulayıb.
Kurslar.az kurslar [newsid: 0-123300]

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı