XİN: 'Ermənistan verdiyi vədə baxmayaraq, Qazaxın 7, Sədərək rayonunun 1 kəndini işğal altında saxlayır

XİN: 'Ermənistan verdiyi vədə baxmayaraq, Qazaxın 7, Sədərək rayonunun 1 kəndini işğal altında saxlayır"Ermənistan verdiyi vədə baxmayaraq, Qazaxın 7, Sədərək rayonunun 1 kəndini işğal altında saxlayır".
azxeber.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə Ermənistan XİN-in martın 18-də Azərbaycan əleyhinə yaydığı bəyanata cavab olaraq bildirib.
"Ermənistan XİN-in Üçtərəfli bəyanatın icrası ilə bağlı yalan və saxta dolu iddialarına gəldikdə xatırlatmaq istərdik ki, bəyanatın xüsusilə 4-cü, 6-cı və 9-cu bəndlərini yerinə yetirməkdən boyun qaçıran və ümumiyyətlə heç zaman beynəlxalq razılıqlara əməl etməyən Ermənistan tərəfi məhz Üçtərəfli bəyanatın imzalanmasından iki həftə sonra hərbçilərini qanunsuz olaraq Azərbaycan ərazisinə keçirib və Azərbaycana qarşı hərbi təxribat törədib. Bu saxlanılan şəxslərin Ermənistan tərəfindən hərbi əsir kimi təqdim etməyə çalışılmasına baxmayaraq, bu şəxslər hərbi əsir kimi tanınmamış və Beynəlxalq Ədalət Məhkəməsi, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsi bu iddianı və onların azad olunması tələbini rədd etmişdi. Ermənistan tərəfi bununla yanaşı, Ermənistan qüvvələrinin Ağdam, Kəlbəcər və Laçından çıxarılmasına Azərbaycan tərəfindən xoş məram göstərilərək möhlət verilməsinə baxmayaraq, Üçtərəfli bəyanata zidd olaraq çıxdığı ərazilərdə bir çox evləri yandırmış, meşələri qırmış, bu ərazilərdə mina və mina tələlər yerləşdirmişdi. Ermənistan tərəfi hələ də Üçtərəfli bəyanata zidd olaraq, öz silahlı qüvvələrini suveren Azərbaycan ərazilərindən tam olaraq çıxarmayıb, Üçtərəfli bəyanat imzalanarkən verdiyi vədə baxmayaraq, Qazax rayonunun 7, Sədərək rayonunun 1 kəndi daxil olmaqla, bir sıra yaşayış məntəqələri və əraziləri işğal altında saxlamaqda davam edir. Delimitasiya prosesinin sovet xəritələri əsasında təşkilini təklif edən Ermənistanın bu kəndləri Azərbaycan yaşayış məntəqələri kimi qəbul etməməsi isə digər bir pozuntu və Ermənistanın niyyətinin saxta olduğunun göstəricisidir", - sözçü vurğulayıb.

Siyasi       Tarix: 20 mart 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Ərdoğandan yeni bəyanat – İlham Əliyevlə görüşün mühüm detalları üzə çıxdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə Şuşada keçirdiyi görüşdən və iki ölkə arasındakı münasibətlərdən danışıb. KONKRET.azxəbər verir ki, Ərdoğanın noyabrın 8-də Azərbaycana səfərində

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Şimali Kiprin tanınması üçün... - Ərdoğan

Türkiyə olaraq Şimali Kipr türk xalqını heç vaxt tək və ya köməksiz qoymayacağıq. Bütün dünya bunu bilməli və nəzərə almalıdır. KONKRET.azxəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasınd

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə təltif edilmiş hərbi qulluqçularla görüşüblər


yeni xeberler son xeberler azerbaycan xeberleri beynelxalq bank mezenne kriminal xeber cəbhədən son dəqiqə krminal bu gun