XİN Ermənistanın beynəlxalq sammitdə Azərbaycana qarşı təxribatına cavab verdi

XİN Ermənistanın beynəlxalq sammitdə Azərbaycana qarşı təxribatına cavab verdiBeynəlxalq Frankofoniya Təşkilatının Tunisin Cerba şəhərində keçirilən Zirvə Görüşü çərçivəsində noyabrın 18-də baş tutan nazirlər iclasında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan təxribat xarakterli və sözügedən qurumun üzvlərinin guya Azərbaycana qarşı mövqe tutmaları ilə bağlı təhriflərlə dolu bəyanat səsləndirib.
Bu barədə KONKRET.az-a Azərbaycan XİN-dən bildirilib.
Məlumata görə, Zirvə görüşünə hazırlıq mərhələsində Fransanın birbaşa dəstəyi ilə sammitin yekun sənədləri olan Cerba Bəyannaməsinin və Frankofoniya ərazisində böhran vəziyyətlərinə həsr olunmuş qətnamə layihəsinin ilkin mətnlərinə Azərbaycan əleyhinə birtərəfli, qərəzli və təhriflərlə dolu təhrikçi ifadələr daxil edilərək üzv dövlətlərin müzakirəsinə təqdim olunub. Lakin sənəd layihələrinin müzakirəsi mərhələsində bir neçə üzv dövlətin müdaxiləsi nəticəsində ölkəyə qarşı sözügedən ifadələr mətnlərdən çıxarılaraq layihələrdə Azərbaycanı birbaşa hədəf alan hər hansı ifadənin daxil edilməsinə imkan verilməyib. Bununla belə, sənədin yekun layihəsində hələ də qurumun mandatına aid olmayan və Ermənistanın siyasi təbliğat vasitələrinə təhrik imkanı verən müəyyən elementlər qalmaqdadır.
Vurğulanıb ki, sənədlərin razılaşdırılması prosesi çərçivəsində Azərbaycan əleyhinə birtərəfli, qərəzli və təhriflərlə dolu müddəalara etiraz edən ölkələrə qarşı Fransa tərəfindən əlavə siyasi təzyiqlər və diplomatik praktikadan kənar çəkindirmə addımları atılıb. Bu təzyiqlərə baxmayaraq, noyabrın 18-də keçirilmiş Beynəlxalq Frankofoniya Təşkilatına üzv dövlətlərin nazirlər iclası zamanı bəzi üzv dövlətlər bir daha söz götürərək qətnamə layihəsinin müvafiq bəndlərinə etiraz etdiklərini və sənədin qəbuluna razı olmadıqlarını bəyan edib. Bununla belə, etirazlara məhəl qoyulmadan, qərar qəbuletmə prosedurları pozularaq və üzv dövlətlərin mövqeləri nəzərə alınmadan, sənəd layihəsinin Zirvə görüşünə təqdim edilməsi üçün təsdiqləndiyi bildirilib. Bu məqamda qərara etiraz edən nümayəndələr konfrans zalını tərk ediblər.
Qeyd edək ki, Beynəlxalq çoxtərəfli platformalarda presedenti olmayan bu kimi addımların atılması və prosedur qaydalarının kobud şəkildə pozulması bir daha Beynəlxalq Frankofoniya Təşkilatının Fransanın digər dövlətlərə təzyiq etmək üçün siyasi aləti olduğunu nümayiş etdirib və bu, şübhəsiz ki, bir mədəniyyət profilli qurum olaraq onun nüfuzuna ciddi xələl gətirəcəkdir.
Azərbaycanın üzv və müşahidəçi olmadığı, əsas məqsədi fransız dili və mədəniyyətinin dünya miqyasında təbliği olan və Fransanın təsiri altında idarə olunan bir qurumun öz mandatına aid olmayan məsələlərin müzakirəsi və siyasi qərəzli məqsədlər üçün sui-istifadə edilməsi tamamilə qəbuledilməzdir.
Fransanın bu cür pozucu fəaliyyəti nəticəsində Frankofoniya üzv dövlətlərinin Zirvə Görüşündə qəbul ediləcək sənədləri siyasi cəhətdən qərəzli və əhəmiyyətsiz hesab edirik.
Azərbaycan tərəfi sözügedən Zivə Görüşünün sənədlərinin müzakirəsi prosesində beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqe nümayiş etdirmiş bütün dövlətlərə öz təşəkkürünü bildirir.

Siyasi       Tarix: 19 noyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Zelenski BMT tribunasından Rusiyanı HƏDƏLƏDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışı zamanı xəbərdarlıq edib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələrini davam etdirməsi Rusiyanın enerji obyektlərinə cavab hücumlar

İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı

Azərbaycanlı və erməni ekspertlərin "Sülh körpüsü" təşəbbüsü çərçivəsində bu günlərdə İrəvanda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb. APA-ya istinadən xəbər verir ki, görüş Azərbaycan tərəfinin istəy

Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

Nazirlər Kabineti "2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "2027-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyas

Tixanovskaya: ABŞ Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir

ABŞ Belarus Prezidenti Aleksandr Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir. xəbər verir ki, bunu Belarusun demokratik qüvvələrinin lideri Svetlana Tixanovskaya BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclası çərçivəsind

Prezidentdən "AzerGold"la bağlı - Sərəncam

"AzerGold" QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilib. Bununla bağlı Preziden

Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Ticarət Palatasının əsas korporativ rəhbərləri və aparıcı ABŞ şirkətlərinin nümayəndələri ilə keçirilən İcraçı Dəyirm

Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman

Azərbaycan Prezidenti İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Fərman imzalayıb. xəbər verir ki, sözügedən Fərmana əsasən, dövlət ümumi təhsil müəssisələrind

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri


azerbaycan xeberleri son xeberler yeni xeberler son.xeber novruz bayramı cəbhədən son vəziyyət valyuta mezennesi