XİN: Rusiya Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətdən narahatdır
"Rusiya Ermənistan-Azərbaycan sərhədində silahlı insidentlərin artmasından narahatdır. Bu insidentlərin hər iki tərəfdən insan ölümləri ilə müşayiət olunması xüsusi təşviş doğurur. Təəssüf ki, gərginlik hələ azalmağa doğru getmir".
"Report"un Rusiya bürosu xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat departamentinin direktor müavini Aleksandr Bikantov bildirib.
Diplomat deyib ki, bütün məsələləri yalnız sülh yolu və siyasi-diplomatik vasitələrlə həll etmək lazımdır: "Rusiya bundan sonra da Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin normallaşması prosesinə, o cümlədən sərhədlərin delimitasiya və demarkasiya üzrə birgə işlərin görülməsinə öz töhfəsini verməyə hazırdır. Bu, Cənubi Qafqazı sabitlik zonasına çevirməyə yardım edəcək".
Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya sülhməramlılarının Ermənistan-Azərbaycan sərhəddi boyunca yerləşdirilməsi təklifini şərh edərkən A.Bikantov qeyd edib ki, problemlərdən biri sərhədlərin demarkasiyasının həyata keçirilməməsidir: "Rusiya bu mövzuya xüsusi diqqət ayırır, vasitəçilik səyləri göstərir. Sərhəd boyunca sərhədçilərin yerləşdirilməsi ilə bağlı problemlərdən biri sərhədlərin demarkasiyasının həyata keçirilməməsidir. Rusiya Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyasının ardınca demarkasiyasının həyata keçirilməsinin və tezliklə bu işə start verilməsinin tərəfdarıdır".
XİN nümayəndəsi çox vacib humanitar mövzu olan Qarabağdakı tarixi-mədəni irs məsələsinin vaciliyini vurğulayıb: "Vəziyyəti yerində qiymətləndirə biləcək UNESCO missiyasının tezliklə təşkil edilməsini hər vəchlə dəstəkləyirik. Problem ATƏT-in Minsk qrupunun diqqət mərkəzindədir".

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı
Prezident sərəncam imzaladı