Xiyarın 8 inanılmaz faydası - Hər gün yesək, orqanizmdə nə baş verər?
Xiyarın sağlamlıq üçün inanılmaz faydaları var. Xiyar pəhrizlərin və detoks sularının əvəzolunmaz tərkib hissələrindən biridir. Aperatif olmaqla yanaşı, çox sağlam qidadır.
KONKRET.azxiyarın sağlamlıq üçün 8 mühüm faydasını təqdim edir:
1. Qidalandırıcıdır
– Xiyarın əhəmiyyətli bir hissəsi sudan ibarətdir. Buna görə də yağ və kalorisi azdır. C və K vitaminlərinin qaynağı olan xiyar bizə bir çox qida faydaları təmin edir. Arıqlamaq istəyirsinizsə, xiyar istehlakı sizə kömək edəcək.
2. Xərçəngə qarşı qorunmanı təmin edir
– Xiyar güclü antioksidantlardan biridir. Xərçəng riskini artıran sərbəst radikallarla mübarizə aparan xiyar xərçəngə qarşı güclü qoruma təmin edir. Buna görə də gündəlik qida rasionunuza xiyar daxil etmək faydalıdır.
3. Su ehtiyacını ödəyir
– Xiyarın tərkibində 96% su var. 1 xiyar yemək 1 stəkan su içməyə bərabərdir. Əgər su içməyi unutmusunuzsa, gün ərzində ən azı 2 xiyar istehlak etməyə çalışmalısınız.
4. Bədəni təmizləyir
– Detoks reseptlərini araşdırdığınız zaman xiyarın əksər reseptlərə daxil olduğunu görmüş ola bilərsiniz. Sidikqovucu təsiri olan xiyar həm də ağciyər, bağırsaq və qanınızdakı toksinlərin təmizlənməsində çox təsirlidir.
5. Arıqlamağa kömək edir
– Lifli meyvələrdən biri olan xiyar pəhrizlərdə çox faydalı qidadır. Pəhriz siyahısına rahatlıqla əlavə edə biləcəyiniz bu tərəvəz, ödəmi aradan qaldıran xüsusiyyəti ilə arıqlama prosesinizi sürətləndirəcək. Onu salatlarınıza əlavə və ya qəlyanaltı olaraq istifadə edə bilərsiniz.
6. Sümükləri gücləndirir
– Tərkibindəki yüksək K vitamini sayəsində xiyar sümük sağlamlığına faydalı qidalardan biridir. Sümükləri gücləndirərkən qanın laxtalanmasına kömək edən xiyar bu faydasına görə uşaqlar tərəfindən istehlak edilməlidir. Bundan əlavə, menstruasiya zamanı xiyar istehlakı qadın sağlamlığı üçün çox faydalı olacaq.
7. Dəriyə qulluqda təsirlidir
– Hər kəs xiyarın dəri üçün faydalı olduğunu bilir. Xiyarı qida olaraq istehlak etdiyimiz zaman belə dərimiz üçün böyük faydaları var. Buna görə də birbaşa dərinizə tətbiq ilə xiyar müalicəsi etməklə dərinizdə olan sızanaqlardan tezliklə yaxa qurtara bilərsiniz.
8. Baş ağrılarını aradan qaldırır
– Baş ağrıları əsasən orqanizmin susuz qalması səbəbindən baş verir. Xiyarda yüksək su miqdarının olması bu problemi minimuma endirəcək. Başınız ağrıyanda bol su içməli və xiyar istehlak etməlisiniz./teleqrafcom
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu