Xocalı qatili olan generalın qardaşı oğlu məhv oldu
Ermənistanda ölümlə nəticələnən avtoqəza baş verib.
Hadisə dünən Armavir bölgəsində qeydə alınıb.
Belə ki, "Toyota" markalı avtomobil Eçmiədzin-Marqara magistral yolunda hərəkət zolağından çıxaraq qaz kəmərinə çırpılıb. Qəza nəticəsində ölən sürücünün Ermənistan ordusunun generalı Seyran Saroyanın qardaşı oğlu olduğu bildirilir.
Məlumata görə, hadisə zamanı ağır bədən xəsarətləri alan sürücü Vaqarşapat tibb mərkəzinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Əraziyə yüksək rütbəli zabit və müstəntiqlər cəlb olunub. Faktla bağlı araşdırma başladılıb.
"Polis və istintaq şöbəsi ölən sürücünün şəxsiyyətini müəyyənləşdirməyə çalışıb. Vaqarşapat Daxili İşlər İdarəsinin şöbə müdiri Rafael Poqosyanın rəhbərlik etdiyi əməliyyat qrupu da hadisə yerində görünüb. Maraqlıdır, adi bir avtoqəzanın olduğu məkanda bu izdiham niyə yaranıb? Əraziyə toplaşanlar mərhumun məşhur generallardan birinin yaxın qohumu olduğunu söyləyiblər. Adı açıqlanmayan sürücünün general Seyran Saroyanın qardaşı oğlu olduğu bildirilir",- erməni KİV-i yazıb.
Xatırladaq ki, Xocalı soyqırımı cinayətlərinin təşkilatçıları və birbaşa iştirakçıları arasında Robert Koçaryan, Serj Sarkisyan, Seyran Ohanyan, Marvel Qriqoryanla yanaşı, general Seyran Saroyanın da adı keçir. (virtualaz.org)
/publika.az

Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Bu günün valyuta məzənnələri
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər