Xocalı şəhidinin adını daşıyan tədqiqat gəmisi ekspedisiyalara başladı - FOTO/VİDEO
Xocalı şəhidinin adını daşıyan tədqiqat gəmisi ekspedisiyalara başladı - FOTO/VİDEO
Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin adını daşıyan elmi-tədqiqat gəmisi əsaslı təmirdən sonra ekspedisiya və monitorinqlərin aparılması üçün yenidən Xəzər dənizinə çıxıb.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərindən ibarət ekspedisiya qrupunun rəhbəri Bəxtiyar Seyidov bildirib.
O qeyd edib ki, Xəzər dənizinə və onun ətraf mühitinə təsirlərin müəyyənləşdirilməsi, mövcud ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə 12-16 noyabr tarixlərində dənizdə kompleks tədqiqatlar aparılıb.
"Monitorinqlər Xəzərdə fəaliyyət göstərən Ümid-Babək, Şahdəniz, Abşeron, Günəşli, Neft Daşları və Qarabağ neft-qaz yataqlarında keçirilib. 28 müxtəlif koordinat üzrə su, qrunt, plankton və hava nümunələri götürülüb, dəniz üzərində atmosfer havasının çirklənmə vəziyyəti öyrənilib, hidrometeoroloji ölçmələr aparılıb, biomüxtəliflik tədqiq edilib".
Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı mayor Əlif Hacıyev Xocalı Aeroportunun komendantı olub və 1-ci Qarabağ Müharibəsində göstərdiyi şücaətə görə Qarabağ cəngavəri adını alıb.
Xocalı faciəsi zamanı qəhrəmancasına şəhid olan Əlif Hacıyevə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.



Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR