Xuraman Şuşalı: "Kişi evdən çıxdısa, sənin deyil
Müğənni Xuraman Şuşalı əks cinsin nümayəndələri ilə bağlı qalmaqallı açıqlama verib.
azxeber.com xəbər verir ki, "MTV" kanalına müsahibəsi zamanı cəmiyyətdəki qadın-kişi münasibətlərindən danışan Şuşalı kişilərin xəyanətə daha çox meyilli olduğunu deyib. Bəzən bu vəziyyəti isə xanımların yaratdığını bildirib:
"Qadın bəzən o qədər acıdil, təkəbbürlü olur ki, özü öz əlləri ilə yoldaşını itələyir. Bir də var ki, kişinin qanı xarabdır. Qadın nə etsə də, gözəl də olsa, kişi evdən çıxdısa, sənin deyil. Qadınlar ailə quranda bilməlidir ki, kiminlə ailə qursun. Qısqancdırsa, ömrünün sonuna kimi eyni qalacaq. Elə şeylər var ki, dəyişilmir. Qadın da var, deyir ki, ərim 40 yaşa kimi qısqandı, sonra yox. Belə hallar da var. Ya qadın qocaldı deyə qısqanmır və yaxud başı başqasına qarışır".
Şuşalı həyat yoldaşı ilə aralarında qısqanclıq olmadığını deyib:
"Büruzə də vermir. Arada deyirəm ki, bu, məni niyə qısqanmır? Çünki arxayındır. Mən çox qısqancam, görürəm ki, özümə ziyan verirəm. Deyir, kişinin qısqanmağı halal, qadında isə haramdır. Qadın qısqansa təkəbbür, kişidə isə qeyrətdən irəli gəlir".

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yavər Şıxəliyev vəfat etdi
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub