Ya Şeyx, İrana de Qarabağa yük daşımasın

Ya Şeyx, İrana de Qarabağa yük daşımasınSədrəddin Soltan yazır...
Azərbaycanın torpaqlarını işğaldan azad etmək istiqamətdə apardığı müharibə ədalətlidir.
Bunu yəhudilər də, xristianlar da, müsəlmanlar da, ateistlər də yaxşı bilir. Qarabağın Azərbaycana aid olduğu da bütün dünyaya gün kimi aydındır. Ermənistanın Cənubi Qafqazda yaradılması, mövcudluğu, missiyası, işğalçı və pozucu davranışı da sirr deyil.
Deməli, Cənubi Qafqazın bu iki dövlət arasındakı mübarizə xeyirlə şərin savaşına oxşayır. Azərbaycan tərəfi bir qayda olaraq xeyir işlər görür, regionda təhlükəsizlik, əməkdaşlıq üçün ardıcıl addımlar atır. Ermənistan isə bölgənin təhlükəsizliyini təhdid edən davranışları, niyyətləri ilə şəri dəstəkləyir, ona xidmət edir.
Cənubi Qafqazın təhlükəsizlik və sabitlikdə region dövlətləri, o cümlədən İran da maraqlı olmalıdır.
Ancaq 44 günlük müharibədən əvvəl İranın Ermənistana etdiyi yardımlar bunun əksini düşünməyə vadar edir. Yumşaq desək, regionda sabitliyi İslam Respublikasında istəməyənlər var.
Çünki işğalçının öz şər niyyətini həyata keçirmək üçün xarici dəstək Cənubi Qafqazda təhlükəsizliyin təhdid edilməsidir. Bu yolla Ermənistana xeyirə qarşı çıxmaq üçün dəstək verilir.
Bu il iyulun 11-dən avqustun 8-dək İslam respublikasına məxsus 4-ü yük, 31 benzin daşıyan olmaqla 35 maşın 70 dəfə Azərbaycanın Laçın rayonundakı dəhlizə giriş və çıxış edib. Avqustun 11-də İranın səfiri Seyid Abbas Musəvi Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim olunub.
Caliber.az-ın əldə etdiyi və bu gün mətbuatda geniş işıqlandırılmış məlumata görə, avqustun 11-dən sentyabrın 10-dək 58 yük maşını müxtəlif təyinatlı yüklə, əsasən, yanacaq-sürtkü materialı ilə Xankəndinə girib. Bir müddət sonra onların 55-i geri qayıdıb. Həmin avtomobillərin də İrana məxsus olduğu müəyyən edilib. İranlılar və ermənilər bu maşınlara Ermənistan qeydiyyatlı dövlət nömrə nişanı qoymaqla qarşı tərəfi aldatmağa cəhd göstərsə də, "xoruzun quyruğunu" gizlədə bilməyiblər.
Bununla da İran Ermənistana Azərbaycan ərazisində şər əməllər törətməsinə dəstək vermiş olur.
Belə bir şəraitdə Qafqazın Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin və məlum "fətva" məsələsində onu dəstəkləyənlərin səsi çıxmır. Niyə Şeyx müdafiə etdiyi İran lideri ayətullah Seyid Əli Xameneiyə şəri dəstəkləyənlərə qarşı tədbir görülməsi ilə bağlı müraciət etmir?
Heç bir əsası olmadan İranın ali rəhbərinin "fətva" verdiyini iddia edən Allahşükür Paşazadənin İranı bu əməllərinə görə tənqid etdiyini görən belə olmayıb.
Yeri gəlmişkən, İran İnqilabından sonra sonuncu dəfə fətvanı ayətullah Ruhulla Xomeyni 1989-cu il fevralın 14-də Salman Rüştü barəsində verib. Ondan sonra belə bir şəri hökm çıxarılmayıb. Belə bir şəraitdə "din siyasətdən ayrıdır" kimi əsassız iddia ilə çıxış edən də tapılar.
Öz dövlətinin maraqlarını qorumaq və müdafiə etmək, indiki halda "Qarabağa yük daşımayın" demək siyasət deyil, adi vətəndaşlıq borcudur. İslam dininə görə "Vətəni sevmək imandandır".
İmanlı və təqvalı olaq.
///Oxu.az

Sosial       Tarix: 11 sentyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm


son xeberler azerbaycan xeberleri yeni xeberler en yeni xeberler son.xeber son xabarlar cəbhədən son vəziyyət