Yağsızlaşdırılmış məhsulların orqanizmə təhlükələri barədə xəbərdarlıq edildi
Yağsızlaşdırılmış məhsulların orqanizmə təhlükələri barədə xəbərdarlıq edildi
Yağsızlaşdırılmış məhsulların orqanizmə faydasından çox zərəri var.
Bu barədə rusiyalı dietoloq Svetlana Zelentsova xəbərdarlıq edib.
O, bir neçə səbəbə görə belə düşündüyünü bildirib.
"Birincisi, yağsızlaşdırılan qidaların əksəriyyətində onların dadını yaxşılaşdıran, lakin sağlamlıq üçün yaxşı olmayan əlavə maddələr olur: nişasta, hidrogenləşdirilmiş bitki yağları, aromatizatorlar, qida boyaları və s.
Məhsul nə qədər çox "işlənərsə", yəni sənaye üsulu ilə emal olunarsa, ilkin halından o qədər az faydalı və daha yüksək kalorili olur", - Zelentsova öz fikrini əsaslandırıb.
O, həmçinin yağların bədənimiz üçün lazım olduğunu vurğulayıb.
"Əgər rasion əsasən az yağlıdırsa, təbii olaraq tərkibində çoxlu karbohidratlar olacaq ki, bu da zaman keçdikcə bir çox metabolik problemlərə gətirəcək. Həmçinin rasionda yağın miqdarını azaltmaqla biz yağda həll olunan vitaminləri ("D", "A", "E") daha az alırıq. Bundan başqa yağlar bizə lazım olan bəzi maddələrin, xüsusən də kalsiumun mənimsənilməsi üçün lazımdır. Nəticədə defisitar vəziyyət inkişaf edir, bu da bir çox sağlamlıq problemlərinə səbəb olur", - deyə o, əlavə edib.
Dietoloq bu səbəbdən yağsızlaşdırılmış qidaları rasiona daxil etməməyi məsləhət görüb.
"Bəzi hallarda tibbi səbəblərdən qida rasionunda yağları məhdudlaşdırmaq lazımdır, lakin o zaman da fərqli yanaşmanı tövsiyə edərdim", - deyə Zelentsova yekunlaşdırıb.
Mənbə: RİA Novosti

Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR