Yalan, cəfəngiyat, qərəz - Aİ nümayəndəsinin sərsəmləməsi - ŞƏRH

Yalan, cəfəngiyat, qərəz - Aİ nümayəndəsinin sərsəmləməsi - ŞƏRH</p> 
 <p>Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel Ermənistanın maraqlarının müdafiəçisi qismində çıxış etməkdədir. Yalan, cəfəngiyyat, qərəz o, başda olmaqla avropalı məmurların gözünü tutub. "Ermənidən artıq erməni olmaq" qərbli diplomatların sanki əsas amalına çevrilib – təki regionda maraqlarımız təmin olunsun.
Azərbaycan torpaqları işğal altında qalanda, yüzminlərlə insan ev-eşiyindən didərgin salınanda səsi çıxmayan qərbli diplomat ermənilərə gələndə "gül vurmağa" davam edib. Erməni maraqlarının müdafiəçisi qismində çıxış edən bu şəxs üçün heç bir müqəddəs dəyər, obyektiv yanaşma qalmayıb. İnsan haqları üzrə ixtisaslaşan qeyri-hökumət təşkilatlarının toplantısında o, hətta ermənilərin özünü belə təəccübləndirməyi bacarıb. Ermənistanla Azərbaycan arasında münaqişəyə toxunan avropalı nümayəndə iddia edib ki, Qarabağdan köçən erməni sakinlərin sayı 150 minə çatıb. Halbuki ermənilər özləri bu qədər şişirtməyi bacarmamışdı. Bu azmış kimi, Azərbaycanın əzəli, beynəlxalq hüquqla təsbit olunmuş torpaqlarında apardığı antiterror əməliyyatlarını da "hərbi müdaxilə" kimi qiymətləndirməyə çalışıb.
Cozep Borrelin bu sərsəmləmələrini cəmi bir neçə fakt tam şəkildə alt-üst edir.
Birincisi, Qarabağda hər hansı bir zorla köçürülmə, etnik ayrı-seçkilik baş verməyib. Bu faktı yalnız Azərbaycan yox, BMT-nin bölgəyə səfər edən iki missiyası da təsdiq edib. Həmin missiyanın hazırladığı hesabatda bildirilib ki, köçürülmə könüllü şəkildə həyata keçirilib. Daha sonra erməni tərəfi də bununla bağlı hər hansı bir rəqəm səsləndirməyib.
İkincisi, Borrel iştirak etdiyi tədbirdə bir dəfə də olsun Ermənistanın Azərbaycana qarşı təcavüzünü, torpaqlarını işğal altında saxladığını dilə gətirməyib. İndi isə bölgədə sülh çağırışı etmək əvəzinə, Ermənistanı silahlandırmağa rəvac verir.
Üçüncüsü, Borrelin təqdim etdiyi 150 min rəqəminə nəzər salaq. Erməni hakimiyyətinin, xəbər agentliklərinin təqdimatında həmin rəqəm 100 min göstərilib. Bəs Borrel 150 min rəqəmini haradan çıxarıb? Belə görünür ki, Borrelə ermənilərin verdiyi ianənin məbləği çox olub. Sevindiyindən o da rəqəmi artırıb, 150 minə çatdırıb. Erməni yalanı Aİ rəsmisinin qanına keçib. Ermənistan rəhbərliyində təmsil olunan şəxslər – prezident, spiker qondarma və keçmiş DQR-in artıq arxivə atıldığını deyir, Borrel isə hələ də Qarabağ ermənilərinin "pozulan hüquqlarından" dəm vurur.
Xatırladaq ki, qondarma erməni soyqırımı ilə bağlı beynəlxalq ictimaiyyətə sırınan yalanlar da belə yayılmışdı. 100 ildən artıqdır iddia edirlər ki, Osmanlı Türkiyəsində 1,5 milyon erməni qətlə yetirilib. Halbuki heç bir sənəddə, arxiv materiallarda buna rast gəlmək mümkün deyil. Borrel də bu erməni yalanından ilhamlanıb rəqəmi 150 minə çatdırıb.
Dördüncüsü, Azərbaycanın Cənubi Qafqazda yaratdığı reallıq Borreli, onun ilham aldığı Fransanı ciddi şəkildə narahat edir. Azərbaycana postsovet məkanında separatizmə son qoyan ölkə kimi təşəkkür etməkdənsə, ona qarşı hədyanlar, böhtanlar yağdırırlar.
Beşincisi, nə Borrel, nə də 30 il keçmiş Minsk qrupuna rəhbərlik etmiş Fransa bir dəfə də olsun azərbaycanlıların pozulan hüquqları barədə danışmayıb. Sadəcə, münaqişənin sülh yolu ilə həllinə çağırışlar etməklə kifayətləniblər.
Avropa İttifaqının ali nümayəndəsinin qatı ermənipərəst, birtərəfli siyasət yürütməsinin səbəbi bəllidir. Azərbaycan Avropa İttifaqının Qafqazda möhkəmlənmək, Qərbin Qarabağda yerləşmək planını alt-üst edib. Buna görə də, xüsusilə, sentyabrın 19-20-də baş tutan antiterror əməliyyatından sonra Qərbin mövqeyində anti-Azərbaycan ritorikası güclənib.
Yekun olaraq onu deyə bilərik ki, Borrelin sərsəmləmələrinin hədəfi bəllidir; Nəyin bahasına olursa-olsun, Azərbaycanla Ermənistan arasında sülh prosesini əngəlləməyə, bölgəni münaqişə ocağına çevirməyə çalışırlar. //Report

Siyasi       Tarix: 05 dekabr 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla


yeni xeberler azerbaycan xeberleri son xeberler en son xeberler siyaseti xeberler bugun krimnal xeber