Yalnız ailəvi insanlar kinoteatrlarda yanaşı otura bilər' - Yeni qaydalar
Oktyabrın 1-dən etibarən ümumi tutumunun 50 faizindən çox olmamaq şərtilə teatr və kinoteartların fəaliyyətinə icazə verilir.
Trend-in kinoteatrların izləyiclərini hansı qaydada qəbul edəcəyi haqqında suallarını Nizami Kino Mərkəzi, "CinemaPlus" və "Park Cinema"nın mətbuat katibləri cavablandırıb.
"CinemaPlus" kinoteatrlar şəbəkəsinin mətbuat xidmətinin rəhbəri Nərmin Həsənova bildirib ki, kinoteatrlarda qiymətlərin artıb-artmayacağı müzakirələrdən sonra məlum olacaq. Ara məsafəsi mütləq tətbiq ediləcək. Yalnız ailəvi gələn adamlar bir yerdə oturacaqlar: "Vətəndaşlarımız biletləri həmişəki kimi onlayn və kassadan ala biləcəklər. Kinoteatrlarımızda maska taxmağa gəlincə isə foyedə və dəhlizdə mütləq maska taxılmalıdır. Zalda isə maska taxmaq lazım deyil.
Bildiyiniz kimi, bizim kinoteatrların əksəriyyəti iri ticarət mərkəzlərində yerləşir. Buna görə də kinoteatr əməkdaşları COVİD pasportlarını yoxlamayacaq. Çünki ticarət mərkəzlərinin əməkdaşları içəri yalnız COVİD pasportu olanları buraxırlar. Bəzi kinotetrlarımız var ki, ticarət mərkəzlərindən kənarda yerləşir. Belə halda, mütləq şəkildə COVİD pasportları yoxlanılacaq.
"ParkCinema" kinoteatrlar şəbəkəsinin mətbuat katibi Rüstəm Fətəliyev isə qeyd edib ki, vətəndaşlarımızı düşündürən suallardan biri də biletlərin qiymətinin necə olacağıdır: "Biletlərin qiymətinin necə olacağı barədə müzakirələr gedir. Qiymət barədə cədvəli bu gün, ya sabah saytımızda yerləşdirəcəyik.

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR