Yanğınların baş verdiyi ərazi meşə sahəsi deyil - AÇIQLAMA
Yanğınların baş verdiyi ərazi meşə sahəsi deyil - AÇIQLAMA
"Quba rayonunun Səbətlər, Bərqov, İspik və Yuxarı Tüləkəran kəndlərinin yaxınlığında yanğınların baş verdiyi ərazi meşə sahəsi deyil, yerli əhaliyə məxsus pay torpaqlarıdır. Lakin meşəyə yaxın ərazilərdə baş verən yanğınların meşə sahəsinə keçmə ehtimalı olduqca böyükdür".
Oxu.Az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.
Nazirliyin sözçüsü qeyd edib ki, əvvəllər dəfələrlə əkin və biçənək sahələrinə od vurulması səbəbindən yanğın meşə sahələrinə keçib:
"Fermerlərdən və kənd təsərrüfatı ilə məşğul olan bütün vətəndaşlardan tələb olunur ki, meşə yanğınlarına səbəb olacaq hallara yol verməsinlər".
İ.İbrahimova onu da bildirib ki, meşə sahələrində yanğına səbəb olan hərəkətlərə yol vermək cinayət məsuliyyəti yaradır.

Türkiyədən maraqlı addım: NATO sammitində Trampa görə bunu edəcəklər
İrandan ABŞ-yə sərt xəbərdarlıq: Hörmüz boğazına müdaxiləyə icazə verməyəcəyik
"Qarabağ"ın 8-ci transferi - Cebrail Makreçkis
İlham Əliyev Lukaşenkonu təbrik etdi
Uzun müddətdir yoxa çıxan SEPAH lideri aylar sonra belə görüntüləndi - FOTO
Şəmkirdə ağıq qəza - Ölən və xəsarət alan var
Yasamalda partlayışda həlak olan Zəhranın FOTOSU
Minik avtomobili yük maşınına çırpılıb - 3 nəfər xəsarət alıb
Dəhşətli PROQNOZ: İran bu faciəyə hazırlaşır - QƏBİRLƏR QAZILDI
Məşhur azərbaycanlı sənətşünas İrada Berq vəfat etdi
Süni intellekt iqtisadiyyata necə təsir edəcək? – İqtisadçı açıqladı
Azərbaycan cüdoçuları vətənə doqquz medalla döndülər - FOTO
Braziliya Norveçə qarşı
Niklas Züle futbola qayıdır: 9-cu liqada çıxış edəcək
Köhnə su sayğacları tarixə qovuşur: Milyonlarla abonenti gözləyən yenilik