YAP-da növbəti intim video kimin olacaq? - Təşkilat sədrləri səksəkədə

YAP-da növbəti intim video kimin olacaq? - Təşkilat sədrləri səksəkədəHakim Yeni Azərbaycan Partiyasında (YAP) növbəti qalmaqal yaşanır. Buna partiyanın Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşovun sosial şəbəkələrdə yayılan intim görüntüləri səbəb olub.
Həmin video R.Göyüşov telefonda yarıçılpaq bir xanımla görüntülü ünsiyyət qurarkən lentə alınıb. Bu ünsiyyət zamanı YAP-çı sədr cinsi ehtiraslarına hakim ola bilməyib. Təbii ki, R.Göyüşovun özü videoçəkilişdən xəbərsiz olub.
YAP artıq hadisəyə rəsmi münasibət bildirərək, Ramiz Göyüşovun əməlini əxlaqi normalara sığmayan hərəkət adlandırıb və bunun partiya tərəfindən hiddətlə qınanıldığını vurğulayıb.
İndi R.Göyüşovun partiya sıralarından uzaqlaşdırılması məsələsini İdarə Heyətinin iclasına çıxarmağa hazırlaşırlar.
Xatırladaq ki, oxşar hadisə bir müddət öncə YAP-ın Xətai rayon təşkilatının sədri, sabiq deputat Hüseynbala Mirələmovla bağlı da baş vermişdi.
O zaman sabiq deputat xanım işçisinə qarşı qeyri-etik hərəkətini əks etdirən məlum video ilə gündəmə gəlmişdi. Həmin görüntülər yayıldıqdan sonra Hüseynbala Mirələmov rayon təşkilatının sədri vəzifəsindən, partiyanın Veteranlar Şurasının üzvlüyündən, YAP sıralarından, eləcə də çalışıdığı Neft və Sənaye Universitetindəki kafedra müdiri vəzifəsindən azad edildi…
76 yaşlı Hüseynbala Mirələmovun özü mətbuata açıqlamasında həmin videonun sifariş olduğunu, onun ictimai fəaliyyətinə və şəxsi nüfuzuna qara yaxmağa çalışan qüvvələr tərəfindən yayıldığını bildirmişdi.
İndi oxşar taleni Ramiz Göyüşov da yaşayır. Videosu yayılan Göyüşovu YAP-ın rayon təşkilatının sədri vəzifəsindən çıxarırlar, ardınca İdarə Heyəti onu ümumiyyətlə YAP-dan qovur…
67 yaşlı Ramiz Göyüşov da mətbuata açıqlamasında eyni mövqedən çıxış edib: "Bu video ilə mənim ictimai-siyasi nüfuzuma kölgə salmağa çalışırlar"…
Modern.az saytına verilən məlumatda bildirilir ki, hadisə YAP-da əməlli-başlı çaxnaşma yaradıb. Xüsusilə rayon təşkilatları sədrlərinin səksəkə içində olduğu bildirilir. Qeyd olunur ki, YAP-ın rayon təşkilatlarının sədrləri birdən onların da intim videosu yayılar deyə, ciddi narahat olmağa başlayıblar.
Bəs növbəti belə intim video yayıla bilərmi? Verilən məlumatlarda bunun istisna olunmadığı bildirilir…
Məlumatlara görə, bu olaylardan sonra partiyanın rayon təşkilatlarına rəhbərlik və təqaüd yaşına çatmış "köhnələr" tutduqları vəzifədən uzaqlaşdırılacaq.
Xatırladaq ki, hazırda YAP-ın 85 rayon təşkilatı fəaliyyət göstərir.

Sosial       Tarix: 09 sentyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm


son xeberler azerbaycan xeberleri yeni xeberler en yeni xeberler son.xeber son xabarlar cəbhədən son vəziyyət