Yaponiya ilə münasibətlər GƏRGİNLƏŞDİ - Rusiya sülh danışıqlarından İMTİNA ETDİ
Rusiya ilə Yaponiya arasında beynəlxalq münasibətlər gərginləşir.
KONKRET.az-ın məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Rusiya Yaponiya ilə sülh müqaviləsi üzrə danışıqları davam etdirməkdən imtina edir.
Yaponiya sanksiyalarına cavab olaraq, Rusiya Federasiyası yaponların Cənubi Kuril adalarına vizasız səfərlərini dayandırır və birgə iqtisadi fəaliyyətlərin qurulması ilə bağlı Yaponiya ilə dialoqdan çıxır.
İki həftə əvvəl Rusiya Federasiyası artıq Yaponiyanı dost olmayan ölkələr siyahısına əlavə edib.
Xatırladaq ki, məhz 1945-ci ildən Rusiya Federasiyası ilə Yaponiya arasında Cənubi Kuril adaları ilə bağlı mübahisəyə görə sülh müqaviləsi imzalanmayıb.
Son zamanlar tərəflər bu məsələdə irəliləyiş əldə ediblər. Lakin Ukraynadakı hərbi münaqişə ilə bağlı vəziyyət tərəflər arasında gərginliyi artırıb.
Hətta bu yaxınlarda Yaponiyanın Baş naziri Fumio Kisida Yaponiyanın Rusiyanın nəzarətində olan Kuril adalarını "əzəli torpağı" adlandırıb və adanın bir hissəsini ələ keçirmək niyyətində olduğunu rəsmən bəyan edib.
Xuraman Etibarlı,
KONKRET.az

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Vuçiç istefa verdi
Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq
Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq
Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti