Yaponiyada Tənhalıq Nazirliyi yaradıldı
Yaponiyanın Baş naziri Yosihide Suqa ölkədə tənhalığa qarşı mübarizəyə rəhbərlik edəcək nazir postunun yaradılmasına əmr verib.
Publika.az xəbər verir ki, bu barədə "Nikkei" agentliyi məlumat yayıb. Baş nazirin qərarına əsasən, ölkənin Regional inkişafı üzrə naziri Tesusi Sakamoto hər iki nazirlikdəki işləri birləşdirərək bu vəzifəni yerinə yetirəcək. O qeyd edib ki, Yaponiya hökumətində tənha vətəndaşların problemləri üzrə məsul olan nazir vəzifəsi ilk dəfə yaradılıb.
"Koronavirus pandemiyası səbəbindən qadınlar arasında intihar sayı artıb. Problemləri müəyyənləşdirmək və hərtərəfli tədbirlər görmək lazımdır. Bu təyinatın hədəfinə gəlincə, söhbət aşağı doğum səviyyəsi olan cəmiyyətin yaşlanması səbəbi ilə ortaya çıxan sosial problemlərin həllindən gedir", - Baş nazir Sakamoto ilə görüşdə deyib.
Tesusi Sakamoto ölkədəki uşaq yoxsulluğunun səbəblərini araşdırmaq və yaşlılara yardım təşkil etməkdən məsuldur. Nazir qeyd edib ki, müasir cəmiyyətdə insanlar bir-birinə qarışmır, koronavirus pandemiyası və məhdudiyyətlər səbəbindən insanlar təcrid olunmuş vəziyyətdə qalıb və tənhalıq problemi daha da dərinləşib.
2020-ci ildə Yaponiyada intihar göstəricisi son 11 ildə ilk dəfə artıb. İl ərzində intiharlarda 3,7% artım olub (20,9 min nəfər).
Məlumat üçün bildirək ki, 2018-ci ilin əvvəlində İngiltərənin o zamankı baş naziri Tereza Mey də yalnızlıqla mübarizə üçün nazir postunu yaratmışdı.
Aytən Məftun

Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Bu günün valyuta məzənnələri
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər