Yaponiyanın Azərbaycandakı səfiri Xınalıqda olub
Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfir Cuniçi Vada Qubada səfər edib.
"Report"un Şimal bürosunun verdiyi məlumata görə, səfirlə Quba Rayon İcra Hakimiyyətində keçirilən görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub. Rayon icra hakimiyyəti başçısı Ziyəddin Əliyevin qonaqlara Qubanın tarixi, son dövrlərdə keçdiyi inkişaf yolu, burada yaşayan azsaylı xalqlar, rayondakı tolerantlıq mühiti haqqında ətraflı məlumat verib.
Görüşdən sonra səfir və xanımı Xınalıq kəndinə gəlib, dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən yaşayış məntəqəsinin turizm imkanları ilə tanış olub. Cuniçi Vada Quba Soyqırımı Memorial Kompleksini ziyarət zamanı ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıb.
Daha sonra səfir "Qədim Quba" xalçaçılıq müəssisəsi, dağ yəhudilərinin kompakt şəkildə yaşadığı Qırmızı qəsəbə ilə yaxından tanış olub, Birinci Nügədi kəndində Yaponiyadan gətirilən alma sortları becərən sahibkar Ramiz Kərimovla görüşüb.
Quba ilə tanışlıqdan məmnun olduğunu bildirən diplomat rayonu tolerant və turizm əhəmiyyətli bölgə olduğunu vurğulayıb.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR