Yaponiyanın turizm naziri: "Azərbaycanla turizmin inkişafı üçün birbaşa aviareyslər açılmalıdır" - FOTO

Yaponiyanın turizm naziri: Yaponiyanın turizm naziri: "Azərbaycanla turizmin inkişafı üçün birbaşa aviareyslər açılmalıdır" - FOTO
"Azərbaycanla turizmin inkişafı üçün birbaşa aviareyslər açılmalıdır".
"Report" xəbər verir ki, bunu Yaponiyanın Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm naziri Tetsuo Saito ilə Tokioda Azərbaycanın Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə görüşdə deyib.
Görüşdə F.Nağıyev Dövlət Turizm Agentliyi ilə Yaponiya Turizm Agentliyi arasında imzalanan "Turizm sahəsində Əməkdaşlıq üzrə Anlaşma Memorandumu"nun ölkələrimiz arasında turizm əlaqələrinin inkişafına və məlumat mübadiləsinin artmasına töhfə verəcəyinə əminliyini ifadə edib.
Agentliyin sədri Azərbaycanda son illərdə turizmin inkişafına dövlət səviyyəsində verilən diqqətdən bəhs edərək, ölkəmizin geniş turizm potensialına malik olduğunu, işğaldan azad edilən ərazilərdə irimiqyaslı bərpa və yenidənqurma işlərinin aparıldığını, həmçinin Azərbaycanda əlverişli investisiya mühitinin mövcudluğunu diqqətə çatdırıb. Fuad Nağıyev cənab Tetsuo Saitonu ölkəmizə dəvət edib.
Öz növbəsində Yaponiyanın Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm naziri Tetsuo Saito Azərbaycanın İpək Yolunun üzərində yerləşən mühüm destinasiya kimi yaponiyalı turistlərin diqqətini cəlb edə biləcəyini, İpək Yolunun xalqlarımız arasında tarix və mədəniyyət baxımından birləşdirici körpü rolunu oynaya biləcəyini qeyd edib. O, turizm əlaqələrinin inkişafı üçün birbaşa aviareyslərin açılmasının və zəruri müzakirələrin aparılmasının vacibliyini vurğulayıb.
Yaponiyanın turizm naziri: Yaponiyanın turizm naziri: Yaponiyanın turizm naziri: / oxu.az

Turizm       Tarix: 16 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

Prezident TƏSDİQLƏDİ - Daha bir ölkəyə vizasız gedə biləcəyik

Prezident TƏSDİQLƏDİ - Daha bir ölkəyə vizasız gedə biləcəyik. "Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıql

AZAL-ın kollektivi Xocalı qurbanlarının əziz xatirəsini ehtiramla yad edib - FOTO

AZAL-ın kollektivi Xocalı qurbanlarının əziz xatirəsini ehtiramla yad edib - FOTO. Azərbaycanın milli aviadaşıyıcısının kollektivi Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarə

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir . Omanın aşağıbüdcəli "SalamAir" aviaşirkəti yayda ən populyar iki istiqamət - Azərbaycanın Bakı şəhəri və Qazaxıstanın Almatı şəhəri üzrə uçuşları bərp

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA + FOTO

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA + FOTO. Azərbaycanda turizm sənayesi yenidən canlanır. Pandemiyadan sonra turizm sektorunda statistik göstəricilərin müsbətə doğru dəyişməs

AZAL Tivat şəhərinə bilet satışına start verib

AZAL Tivat şəhərinə bilet satışına start verib. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakıdan Monteneqronun kurortu olan Tivat şəhərinə bilet satışına start verdiyini elan edir. Bakı-Tivat-Bakı marşrutu üzrə ilk reys mayı

AZAL-da aviasiya təhlükəsizliyi sahəsində işə qəbul proseduru dəyişib

AZAL-da aviasiya təhlükəsizliyi sahəsində işə qəbul proseduru dəyişib. Nazirlər Kabineti "Aviasiya təhlükəsizliyi personalının seçilməsi Qaydası"nda dəyişiklik edib.  xəbər verir ki, Qaydaya əsasən, aviasiya təhlükəsizliy

AZAL Moskvadan gələn sərnişinlərə xəbərdarlıq edib

AZAL Moskvadan gələn sərnişinlərə xəbərdarlıq edib . Moskvadakı əlavə təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" aviaşirkəti Rusiyanın paytaxtından yola düşən sərnişinlərdən uçuşa 3 saa

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Miqrantların qalma müddəti azaldılır

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Miqrantların qalma müddəti azaldılır. Rusiya Daxili İşlər Nazirliyi miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi təklifləri ilə hökumətə qanun layihəsi göndərib. Bu barədə qurumu

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə əməkdaşlıq çərçivəsində aviadaşımaları və səyahətləri geniş auditoriy


son xeberler yeni xeberler azerbaycan xeberleri kriminal xeberler bugun sonxəbər son xeberler az