YAŞAT Fondundan 6 aydır komada olan qazimizlə bağlı - AÇIQLAMA

YAŞAT Fondundan 6 aydır komada olan qazimizlə bağlı - AÇIQLAMAXəbər verdiyimiz kimi, Vətən müharibəsində yaralanan qazimiz Yaqub Qəhrəmanlı 6 aydir ki, komadan ayılmır. O müharibənin ilk günlərində yaralı komandirini döyüş meydanından çıxararkən  ağır yaralanıb. 
Qazinin qardaşı Azxeber.com-a müsahibəsindədeyib ki, peşəkar həkimə ehtiyac var. 
Azxeber.com məsələ ilə bağlı YAŞAT Fondu ilə əlaqə saxlayıb.
Fonddan verilən açıqlamanı təqdim edirik: 
"Qazimiz Qəhrəmanlı Yaqub Abdulla oğlu həkimlərin rəyi nəticəsində "YAŞAT" Fondu tərəfindən müalicə məqsədilə Türkiyəyə göndərilib. 2021-ci ilin 05 iyul tarixində "Medicana Ataşehir" xəstəxanasında kəllə qapağı defektinə görə kranioplastika əməliyyatı həyata keçirilib, həkimlərin rəyinə əsasən əməliyyat uğurla həyata keçirilib və xəstə evə buraxılıb. Qeyd edək ki, əməliyyat beyin zəri açılmadan, beyinə heç bir müdaxilə olmadan keçirilib. Lakin 4 gün sonra 2021-ci ilin 09 iyul tarixində qazimizin səhhətində dəyişiklik başlayıb, qıcolmalar müşahidə olunduğu üçün yenidən reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq xəstənin şüuru bağlanıb və həmin gündən etibarən koma vəziyyətinə düşüb.
Bütün bu proseslərdə "YAŞAT" Fondu yaxından iştirak edib, prosesi nəzarətdə saxlayıb, Azərbaycanın Türkiyədəki Konsulluğu ilə sıx əlaqə qurub və ən yaxşı ixtisaslaşmış xəstəxanaların professor və mütəxəssisləri tərəfindən qazimizin tibbi məlumatları dəyərləndirilib və heç bir əməliyyat səhvinin olmadığı bir daha təsdiqlənib.
Qazimiz 2021-ci ilin 13 avqust tarixinə qədər "Medicana Ataşehir" xəstəxanasının reanimasiya şöbəsində koma baxım müalicəsi alıb və daha sonra "İstanbul Gaziosmanpaşa Eğitim ve Araştırma" xəstəxanasına köçürülüb. İnfeksiya müalicəsindən sonra kök hüceyrə əməliyyatı planlaşdırılsa da, infeksiya səviyyəsinin yüksək olması buna imkan verməyib. Koma vəziyyətində infeksiya müalicəsi və baxımı davam edib. Lakin 2021-ci ilin 27 noyabr tarixindən qazimizin səhhətində taxikardiya və nəfəs darlığı müşahidə edildiyindən o süni nəfəs aparatına qoşulub və ümumi reanimasiyaya köçürülüb. Qazimizin koma vəziyyətində olması bütün xəstəxanalardan eyni cavabı almağımıza səbəb olub və koma vəziyyətində olan xəstələrə yalnız baxımın olunduğu və ondan əlavə tibbi baxımdan hansısa addımın atılmasının mümkün olmadığı açıqlanıb. 2021-ci ilin 30 noyabr tarixində qazimiz "Avrasiya Gaziosmanpaşa" xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyətində hər hansı dəyişiklik müşahidə olunmayıb.     
Qazimiz ailəsinin istəyi ilə ilk olaraq "LİV Hospital"a, daha sonra isə "İstanbul Cerrahi" xəstəxanasına köçürülüb, vəziyyəti stabil olaraq qalır. 
Müraciətdə qeyd olunan  neyrocərrah həkimlərin Türkiyəyə yola düşməsi və Yaqubun səhhətilə bağlı fikir bildirməsi isə həqiqəti əks etdirmir. 
Həkim rəyi əsasında hansı tədbirlərin görülməsinə ehtiyac yaranacaqsa, bundan sonra da Fond dəstək göstərməyə hazırdır. Müalicə prosesi "YAŞAT" Fondunun nəzarətindədir.

Sosial       Tarix: 13 yanvar 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberlər sonxeberler hava haqqinda apa.az xeberler