Yaşı 65-dən yuxarı olanların nəzərinə

Yaşı 65-dən yuxarı olanların nəzərinəCOVID-19-un müalicəsi ilə bağlı tövsiyələrini yeniləyən Ümumdünya SəhiyyəTəşkilatı (ÜST) 65 yaşdan yuxarı insanları indiyə qədər olduğu kimi yüksək risk deyil, artıq orta risk kateqoriyasına aid edir.
KONKRET.az xəbər verir ki, bu barədə ÜST-ün Cenevrədəki mənzil-qərargahından məlumat verilib.
"COVID-19 virusunun hazırkı variantları, bir qayda olaraq, daha az ağır xəstəliyə səbəb olur. İmmunitetin səviyyəsi isə peyvənd səbəbindən daha yüksəkdir ki, nəticədə bu da əksər xəstələr üçün ağır xəstəlik və ölüm riskinin azalmasına gətirib çıxarır", – deyə qurumdan bildirilib.
ÜST-ün xəstəliklərin müalicəsi üzrə yenilənmiş tövsiyələrinə "ağır olmayan COVID-19 xəstələrinin xəstəxanaya yerləşdirilməsinin əsas riskləri ilə bağlı yeni qiymətləndirmələr" daxildir. Bu, tibb işçilərinə xəstəxanaya yerləşdirilmə üzrə yüksək, orta və ya aşağı risk qrupunda olan şəxsləri müəyyən etməyə və müvafiq müalicəni təyin etməyə kömək edəcək.
Bəyanatda deyilir ki, hazırda orta risk kateqoriyasına əvvəllər yüksək risk qrupunda olan insanlar, o cümlədən 65 yaşdan yuxarı şəxslər, həmçinin xroniki xəstəlikləri, əlilliyi və əsas xroniki xəstəlikləri olan şəxslər daxil edilib. Söhbət piylənmə, şəkərli diabet, həmçinin xroniki xəstəliklər, o cümlədən böyrək, qaraciyər, xərçəng xəstəliklərindən gedir. Bu qrupdakı xəstələrin xəstəxanaya yerləşdirilməsi ilə bağlı təxmin edilən nisbət 3% təşkil edir.
"İmmuniteti zəif olan insanlar COVID-19-a yoluxduqları təqdirdə daha yüksək risk qrupunda qalmağa davam edirlər", – deyə ÜST qeyd edib. Onların xəstəxanaya yerləşdirilməsi ilə bağlı nisbət 6% təşkil edir.
"Yüksək və ya orta risk katoqoriyasına aid edilməyənlərin xəstəxanaya yerləşdirilmə riski aşağıdır (0,5%). İnsanların əksəriyyəti aşağı risk altındadır", – deyə ÜST vurğulayıb.
Oxu.az

Sağlamlıq       Tarix: 11 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə

Məşhur içki sağlamlıq üçün təhlükəli hesab edilib

Son dövrlər məşhurlaşmış köpüklü çay ("bubble tea") sağlamlıq üçün təhlükəli hesab edilib. Məlum olub ki, bu içkinin tərkibinə əlavə edilən tapioka dənələri bəzi hallarda bağırsaq keçməzliyinə və boğulmaya səbə

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo

Yaponiyada 2028-ci ildən insanlara donuz böyrəyi köçürüləcək

Yapon startapı PorMedTec 2028-ci ildə genetik modifikasiya edilmiş donuz böyrəklərinin insanlara transplantasiyası üzrə ilk klinik sınaqlara başlamağı, 2029-cu ildə isə bu texnologiyanın şərti təsdiqi üçün müraciət etməy

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Yüksək hərarət, qusma, bağırsaq pozğunluğu: Dünyadakı dəhşətli virus Azərbaycana da çatır?

İtaliyada Ebola virusuna yoluxma ilə bağlı iki ehtimal olunan hal qeydə alınıb. KONKRET.azxəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, humanitar təşkilatlarda çalışan bir kişi və bi


son xeberler yeni xeberler azerbaycan xeberleri son xəbər sosial yardim krimnal xeber azerbaycanda son xeberler