Yataq xəstəsi olan meyxanaçının bacısı oğlu: "Fikrini ifadə etməkdə çətinlik çəkir" - AÇIQLAMA + FOTO

Yataq xəstəsi olan meyxanaçının bacısı oğlu: Yataq xəstəsi olan meyxanaçının bacısı oğlu: "Fikrini ifadə etməkdə çətinlik çəkir" - AÇIQLAMA + FOTO
Tanınmış meyxana ustadı Ağakərimin (Kərim Novruzov) vəziyyəti stabildir.
Bu barədə Oxu.Az-a meyxana ustadının bacısı oğlu Rüstəm Cənnətov məlumat verib.
R.Cənnətov Ağakərimin müalicəsində irəliləyiş olmadığını qeyd edib:
"Dayım illərdir ki, yataq xəstəsidir. Vəziyyəti necə varsa, elədir. Heç bir dəyişiklik və irəliləyiş yoxdur. Həkimlər nə etsələr də, xeyri yoxdur. Onun müalicəsi davam etdirilir".
Bacısı oğlu meyxana ustadının heç bir reaksiya vermədiyini əlavə edib:
"Reaksiyası yoxdur. Bəzən adamı tanıyır, bəzən isə tanımır. Danışa bilmir. Fikrini ifadə etməkdə çətinlik çəkir. Tam izah edə bilmir. Onun başqa xəstəliyi yoxdur. Sırf insultdan əziyyət çəkir".
Sənət yoldaşı Ağamirzə Məmmədov Ağakərimi 20 gün öncə ziyarət etdiyini deyib:
Yataq xəstəsi olan meyxanaçının bacısı oğlu: "Ağakərimin vəziyyəti lap pis deyil. Əvvəlki kimidir, stabildir. Necə varsa, elədir. İrəliləyiş ümumiyyətlə yoxdur. Sonuncu dəfə 20 gün öncə ziyarət etdim. Məni tanımadı. Tez-tez yaxınları ilə əlaqə saxlayıram. Biz orada olanda danışmadı. Hərdən danışır. Lakin onda da başa düşmək olmur. Ailəsi artıq onun dilini başa düşür".
Xatırladaq ki, meyxanaçı Ağakərimin 2017-ci ilin mart ayında beyninə qan sızıb. Həmin gündən söz ustadının səhhətində ciddi problemlər yaranıb.
Nəzrin Vahid

Maraqlı       Tarix: 04 sentyabr 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO. Əbu-Dabi - səhranın üstündə yüksələn şəhərdir. Birləşmiş Ərəb Əmirliklərinin yeddi əmirliyindən biri və ölkənin biznes, siyasi

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI. Hipertoniya illər boyu aşkar edilmədən ürəyə və böyrəklərə zərər verə bilər. Bu barədə rusiyalı həkim Olqa Malinovskaya məlumat verib. Həkimin sözlərinə görə

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO. "Mən 23 yaşıma qədər evdən çıxmırdım. Ev şəraitinə öyrəşmişdim. Rahatlığımı pozmurdum. Ancaq keçmişdə ilişib qalma

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT. Avropada hər gün 10 min insanın ürək-damar xəstəliklərindən ölümünün əsas səbəbi həddindən artıq duz istehlakıdır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatını

Türkiyədə "112"yə qəribə zəng: "Yanğınsöndürən çağırın, ürəyim yanır

Türkiyədə "112"yə qəribə zəng: "Yanğınsöndürən çağırın, ürəyim yanır. Türkiyədə "112" Təcili Zəng Mərkəzinə edilən qəribə müraciət gündəm olub. Bu barədə mərkəzin zənglərlə bağlı hesabatında məluma

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb. Tədqiqatçılar karbon qazı və digər istixana qazlarını udan yeni növ məsaməli material hazırlayıblar. Bu barədə "Science Alert" nəşrində dərc olunan məqaləd

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ. "Mikrodalğalı sobada yeməkləri plastik qablarda qızdırmaq məsləhət deyil. Çünki materialdan benzol ayrılır, bu da DNT-nin mutasiyasına və zədələnməsin

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB. "Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Bu barədə rusiyalı revmatoloq Alina Puzakova danışıb


yeni xeberler son xeberler azerbaycan xeberleri xəbər son xeberler bugun 2026 azerbaycan en son xeberler xəbər az