Yavaşın sözləri qalmaqal yaratdı - Kılıçdaroğlu hərəkətə keçdi

Yavaşın sözləri qalmaqal yaratdı - Kılıçdaroğlu hərəkətə keçdiTürkiyədə əsas müxalifət partiyalarının birləşdiyi "Millət ittifaqı"nda (Altılı masa) yeni qalmaqal yaranıb.
KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ankara Böyük şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş televiziya proqramlarının birində müxalifətin namizədi olan Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunun prezident seçilməsi təqdirdə yalnız özünün və İstanbul Böyük şəhər Bələdiyyəsinin rəhbəri Əkrəm İmamoğlunun prezident köməkçisi təyin edilməsini təklif edib, bununla da vəziyyət yenidən gərginləşib.
"Prezident köməkçiləri olaraq mənimlə Əkrəm bəyi elan edin. Cənab sədrlər millət vəkili olsunlar və partiyalarına başçılıq etsinlər. Öz partiyalarına rəhbərlik etməklərini məntiqli hesab edirəm. Mən hələ də bu düşüncədəyəm", – M. Yavaş bildirib.
Yavaşın bu təklifi məhz Akşenerin təsiri ilə etdiyi iddia olunur. Belə ki, Akşener müxalifət seçkilərdə qalib gəlmədiyi halda Türkiyə Böyük Millət Məclisində öz qrupuna rəhbərlik etmək istəyir.
Digər partiyaların bu ideyaya qarşı çıxmasından və ittifaqdaxili gərginliyin artmasından narahat olan "Altılı masa"nın prezidentliyə namizədi K.Kılıçdaroğlu bələdiyyə sədrləri ilə görüşüb. Ötən gün keçirilən görüş yerli vaxtla 00:00-dək davam edib. Görüşdə Kılıçdaroğlunun bələdiyyə rəhbərləri ilə seçkiyə hazırlıq prosesi və vəzifə bölgüsü barədə fikir mübadiləsi apardığı bildirilib. Həmçinin qeyd olunub ki, Kılıçdaroğlu Yavaşın açıqlamasına sərt reaksiya göstərərək onun təklifini rədd edib: "Bu, mənim seçkilərdə qalib gələ bilməyəcəyimə eyham vuran ritorikadır. Seçicilərdə də ümidsizlik, güvənsizlik yaradır".
Xatırladaq ki, müxalifətin vahid namizədinin CHP lideri olması açıqlandığı gün "Altılı masa"nın üzvü olan digər 5 partiyanın rəhbərinin qələbə qazanılması təqdirdə prezident köməkçisi olacağı bildirilmişdi. Meral Akşener isə CHP-dən bələdiyyə başqanı olan M.Yavaş və Ə.İmamoğlunun adlarının prezident köməkçisi qismində hallandırılmasını təklif etmişdi.//Qafqazinfo

Siyasi       Tarix: 20 mart 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Ərdoğandan yeni bəyanat – İlham Əliyevlə görüşün mühüm detalları üzə çıxdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə Şuşada keçirdiyi görüşdən və iki ölkə arasındakı münasibətlərdən danışıb. KONKRET.azxəbər verir ki, Ərdoğanın noyabrın 8-də Azərbaycana səfərində

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Şimali Kiprin tanınması üçün... - Ərdoğan

Türkiyə olaraq Şimali Kipr türk xalqını heç vaxt tək və ya köməksiz qoymayacağıq. Bütün dünya bunu bilməli və nəzərə almalıdır. KONKRET.azxəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasınd

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə təltif edilmiş hərbi qulluqçularla görüşüblər


yeni xeberler son xeberler azerbaycan xeberleri beynelxalq bank mezenne kriminal xeber cəbhədən son dəqiqə krminal bu gun