"Yaxın günlərdə ermənilərin müqaviməti qırılacaq" – İLGİNC AÇIQLAMA

Ermənistanın Baş naziri Nikol Paşinyan erməni mətbuatına açıqlamasında bəzi məqamlara toxunub. O bildirib ki, Moskvada regional kommunikasiyaların açılması məsələsində mühüm razılaşmalar əldə olunub. Paşinyan rəsmi İrəvanın ən qısa zamanda Ermənistan ərazisindən şərqlə qərbi birləşdirən dəmir və avtomobil yolunun tikintisinə başlamağa hazır olduğunu da bəyan edib. Baş nazor Ermənistan, Rusiya və Azərbaycanın baş nazir müavinləri səviyyəsində üçtərəfli işçi qrupunun tezliklə kommunikasiyaların blokdan çıxarılması prosesinə başlamaq üçün lazımi sənədləri hazırlaya biləcəyinə ümid etdiyini deyib.
Bəs görəsən Paşinyanın verdiyi açıqlamalar nə dərəcədə səmimidir? Regionda kommunikasiyalar nə zaman açıla bilər?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını politoloq Fəqani Məhərrəmli cavablandırıb. O bildirib ki, reallıqlar ortadadır: "Qətiyyətlə deyə bilərik ki, Qarabağ problemi, Ermənistan-Azərbaycan münaqişəsi artıq özünün məntiqi sonluğuna yaxınlaşır. Bir tərəfdə güclü, qalib və haqlı Azərbaycan, digər tərəfdə sözün bütün mənalarında darmadağın olmuş Ermənistan var. Ermənistan istəsə də, istəməsə də bu reallıqları qəbul etməlidir. Cənab prezident İlham Əliyevin Şuşada keçirilən dünya azərbaycanlılarının V qurultayında dilə gətirdiyi mesajlar təkcə ermənilər tərəfindən deyil, regionda və bölgədən kənardakı erməni havadarları tərəfindən də diqqətə alınmalıdır".
Politoloqun fikrincə, Prezident bu qurultaydakı fikirləri ilə son nöqtəni qoydu: "Azərbaycanın bütün tələblərini özündə ehtiva edən sülh müqaviləsi tezliklə imzalanmalıdır. Əks tərəfini qoy ermənilər düşünsün. Ermənistan Baş nazirinin kommunikasiya xətlərinin açılması ilə bağlı mətbuata verdiyi açıqlamaya gəldikdə, qeyd etməliyəm ki, bu, erməni hiyləgərliyinin təzahürüdür. Düşmən bilməlidir ki, sülh müqaviləsi imzalanmadan hec bir kommunikasiyadan söhbət belə gedə bilməz. Ermənistan otuz illik blokadadan çıxmaq üçün çırpınır, amma öncə sülh müqaviləsi imzalanmalıdır ki, əməkdaşlıq yaransın. Blokadada olan onlardır, biz deyilik. Yaxın günlərdə ermənilərin bu müqaviməti də qırılacaq, yəqin ki, may-iyun ayları ərzində Ermənistan rəhbərliyi 10 noyabrda olduğu kimi təslimçi sülh müqaviləsini imzalayacaqdır".
Şəbnəm Mehdizadə,
KONKRET.az

Siyasi       Tarix: 23 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Ticarət Palatasının əsas korporativ rəhbərləri və aparıcı ABŞ şirkətlərinin nümayəndələri ilə keçirilən İcraçı Dəyirm

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

Əli Əsədov iclas keçirir

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilir. Trend-ə istinadən xəbər verir ki, iclasda 2027-ci ilin dövlət büdcəsi və onunla əlaqəli sənədlər müzakirəyə çıxarılıb. Baş nazir bildirib ki, Preziden

Ermənistan-Azərbaycan sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər tezliklə bərpa olunacaq. KONKRET.azxəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirib. O, işlərin nə vaxt başlayacağını dəqiqləşdirməyib

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd


son xeberler azerbaycan xeberleri yeni xeberler xankendi ən son xəbərlər bugün xeberler xəbərlər.com